Göyçay rayon gəncləri Azərbaycan ordusuna dəstək yürüşü keçirdərək, Şəhidlərimizi ziyarət etdi. » devlet.info.az
Xəbərlər

Göyçay rayon gəncləri Azərbaycan ordusuna dəstək yürüşü keçirdərək, Şəhidlərimizi ziyarət etdi.
Göyçay rayon gəncləri Azərbaycan ordusuna dəstək yürüşü keçirdərək, Şəhidlərimizi ziyarət etdi.

Göyçay rayon gəncləri Azərbaycan ordusuna dəstək yürüşü keçirdərək, Şəhidlərimizi ziyarət etdi.
Rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadə gənclərin aksiyasına qoşuldu.
Rayon rəhbəri çıxışında Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə vahid idarə olunan, yüksək texniki bazaya, müasir silahlara malik olan, vətənpərvər, qəhrəman, mübariz ordumuzun erməni təxribatının qarşısını alması nəticəsində ermənilər işğal altında olan torpaqlarımızdan tezlikən çıxacaq və ya məhv olacağını diqqətə çatdırdı. Bu gün ordumuz ön xəttə düşmənlə üz üzə öz torpaqlarını müdafiə edir. Müharibə öz sərt qanunları ilə həmişə özünə məxsus izlər qoyur. Bu günlərdə vətən övladları öz canları, qanları bahasına torpaqların azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəlir. Ata, analar, bacılar, qardaşlar gözü yaşlı, başları dik, fəxrlə öz şəhidin qarşılayır. Azərbaycan ən böyük qürür hissi ilə şəhidlik zirvəsini fəth edən oğullarını alqışla son mənzilə yola salır. Biz şəhid analarının qarşısında baş əyirik, şəhidlərimizin qanı alınır. Erməni daşnaqlarını məhv edən oğullarımız üç rəngli bayrağımızı işğal altında olan torpaqlarımızda dalğalandıracaqlar.
Əziz Gənclər Siz Azərbaycanın gələcəyisiniz.Bu gün öz qarşınıza qoyduğunuz lahiyələr üzərində çalışın, mübariz olun, təhsildə, idmanda, seçdiyiniz peşədə nailiyyətlər qazanın. Azərbaycan adının daim yüksəldin.İcra başçısı çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının erməni baş nazirini yüksək kürsüdə tarixi faktlara üz-üzə qoyması, erməni liderini gülünc vəziyyətə salması xarici siyasətdə bizim qarşımıza qoyduğumuz məqsədi bir daha gündəmə gətirdiyini qeyd etdi. 2016 cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun gücün görən ermənilər əsgərimizin vətənpərvərlik ruhunda döyüşdüyündən, qəhrımanlıqlarından qorxuya düşdülər. Çıxışında "Qarabağ Azərbaycandır! deyən ölkə rəhbərinin qəti və dönməz kəlamını gənclərə çatdıran Mehdi Səlimzadə tezlikən əbədi və əzəli torpaqlara qayıdacağını vurğuladı.
Bu həsas dönəmdə bəzi içimizdən sapı olan baltalar çaxnaşma, ixtişaş, münaqişə törətmək, sabitliyi pozmaq fikrindədirlər. Biz buna yol verməməliyik aramızda olan xıyanətkarkara hər fürsətdə ölkəmizin inkişafına kölgə salanlara qarşı çıxmalıyıq. Bu gün əzəmətli ordumuza dəstək olan Göyçaylılar diqqətli olaq, biz birlikdə güclüyük ordumuz işğalçıları məhv etdikcə düşmənlərimiz daha aktiv fəaliyyətə keçir. Hamınızın istifadə etdiyi sosial şəbəkələrdə ermənilər bizim adınızla, siyadımlzla özlərinə status açaraq bəzi vətəndaşlarımızı çaşdırır. Aramızda nifah salmaq, xalqımızı aldatmaq istəyirlər. Siz dəqiq, rəsmi məlumatları izləyin. Rəsmi məlumatlara güvənin. Heç bir qeyri dəqiq paylaşmaları yaymayın.Sizin bu gün ölkə rəhbərinə, ordumuza inamınız bizi qürürlandırır. Mən və bütün məmurlar Sizlərlə birgə Azərbaycan Respublikasının Prezidentinin əmri ilə nə vaxt tapşırıq olarsa hamımız bir nəfər kimi ön xəttə düşmənlə üz-üzə torpaqlarımız azadlığı naminə çiyin-çiyinə döyüşəcəyik. Allah xalqımızı, ordumuzu qorusun. Döyüşlərdə qəhrəmancasına şəhid olan övladlarımıza Allahdan rəhmət diləyirik.
Rayon ictimayyət nümayəndələrinin çıxışlarında gənclərin vətənpərvərliyinə, aksiya zamanı Azərbaycan ordusuna dəstəyə görə təşəkkür etdilər. Sonra rayon rəhbəri ilə birgə Gənclər şəhidlər xiyabanında uyuyan şəhidləri ziyarət edərək, məzarları üzərinə tər qərənfillər düzdülər. Aksiya və ziyarət asayişin pozulmaması, sakitliyin təmin olunması ilə başa çatdı.

Baxış sayı: 16