Azərbaycan vətəndaşları bu il Türkiyədə neçə əmlak alıblar » devlet.info.az
Xəbərlər



Azərbaycan vətəndaşları bu il Türkiyədə neçə əmlak alıblar
Azərbaycan vətəndaşları bu il Türkiyədə neçə əmlak alıblar

2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşları Türkiyədə 546 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 77 obyekt azdır.

Bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanına istinadən məlumat verir.

Məlumata görə, 2020-ci ilin iyul ayında Azərbaycan vətəndaşları Türkiyədə 115 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2019-cu ilin iyul ayından 23 obyekt çoxdur.

2020-ci ilin iyul ayında Türkiyədə 229,357 əmlak satılıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 124,3 faiz çoxdur.

2020-ci ilin iyul ayında Türkiyədə 2741 əmlak əcnəbilərə satılıb ki, bu da 2019-cu ilin eyni ayına görə 34,6 faiz azdır.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan vətəndaşları Türkiyədə 1119 daşınmaz əmlak obyekti alıb ki, bu da 2018-ci ilin yekun göstəricisindən 59 obyekt azdır.
Baxış sayı: 28