İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi layihəsinə başlanacaq » devlet.info.az
Xəbərlər



İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi layihəsinə başlanacaq
İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi layihəsinə başlanacaq

Yaxın aylarda İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi üzrə layihə işə salınacaq.

İranın Energetika naziri Rza Ərdəkanian deyib.

Onun sözlərinə görə, İranın elektrik şəbəkəsi hazırda iki marşruta malikdir - Rusiyanın elektrik şəbəkəsinə birləşmək üçün biri Azərbaycan, digəri Gürcüstan ərazisindən keçir.

Nazir vurğulayıb ki, tərəflər arasında razılığa əsasən layihənin reallaşdırılması ilə İranın mühəndis şirkəti məşğul olacaq:

"İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi çox vacib və zəruri layihədir".

Qeyd edək ki, 2018-ci ilin oktyabrında verilmiş məlumata görə, üç ölkə elektrik şəbəkələrinin sinxronlaşdırılması ilə bağlı danışıqlar aparır.
Baxış sayı: 5