Cüdo idman növü üzrə paralimpiya komandalarımız təlim-məşq toplantısında iştirak edir » devlet.info.az
Xəbərlər



Cüdo idman növü üzrə paralimpiya komandalarımız təlim-məşq toplantısında iştirak edir
Cüdo idman növü üzrə paralimpiya komandalarımız təlim-məşq toplantısında iştirak edir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə kişilərdən və qadınlardan ibarət milli komandaları Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplantısında iştirak edir.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, təlim-məşq toplantısının məqsədi növbəti yarışlara və "Tokio 2020" Yay Paralimpiya Oyunlarına hazırlıqdır.

Qeyd edək ki, təlim-məşq toplantısı açıq hava şəraitində keçirilir.
Baxış sayı: 10