Baş Prokurorluq: Ermənistanın atəşi nəticəsində 75 yaşlı qadın həlak oldu » devlet.info.az
Xəbərlər



Baş Prokurorluq: Ermənistanın atəşi nəticəsində 75 yaşlı qadın həlak oldu
Baş Prokurorluq: Ermənistanın atəşi nəticəsində 75 yaşlı qadın həlak oldu

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq ölkəmizin dinc əhalisinə qarşı terror əməllərini davam etdirir.

Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutmuşdur.

Rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olmuş, eyni zamanda evə külli miqdarda ziyan dəymişdir.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Baxış sayı: 2