Hərbi ekspert: Azərbaycan əsgəri Ermənistanı 10 illik nakauta saldı » devlet.info.az
Xəbərlər



Hərbi ekspert: Azərbaycan əsgəri Ermənistanı 10 illik nakauta saldı
Hərbi ekspert: Azərbaycan əsgəri Ermənistanı 10 illik nakauta saldı

Ermənistanda vəziyyət artıq kritik həddə çatıb.

Bunu açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, Ermənistan ordusunun uğursuzluğunun girdabına düşüb: "Onlar ordunun uğursuzluq girdabına elə düşüblər ki, ordan çıxmaq yəqin ki mümkün olmayacaq. İndi düşüblər medianın üstünə ki, heç kim heç nə danışmamalıdır və yazmamalıdır. Artıq uğursuzluqları o qədərdir ki. onlar bu yola əl atıblar. Amma bu da onları xilas etməyəcək. Çünki Paşinyanın sonu çatıb, onun buraxdığı kobud səhvlər erməniləri məhvə apardı.

Ümumiyyətlə Ermənistan siyasi və hərbi rəhbərliyində olan şəxslər mənə elə gəlir ki, yaxın 10 illikdə nakaut vəziyyətinə düşdü. Çünki onlar indiyə qədər çox yalanlar danışdılar, hədyanlar səsləndirdilər. Axırda isə ilahi ədalət onları ən sərt şəkildə cəzalandırdı. Azərbaycan əsgəri onları necə cəzalandırdısa, onlara əməlli dərs oldu. Azərbaycan əsgəri təkcə Ermənistana deyil, ATƏT-in Minsk Qrupuna və BMT-yə də dərs verdi. Bax budur Azərbaycan əsgərinin gücü, budur Azərbaycan ordusunun qüdrəti və cəsarəti".
Hərbi ekspert: Azərbaycan əsgəri Ermənistanı 10 illik nakauta saldı
Baxış sayı: 3