Düşmənin Gəncəyə atdığı raket binaya düşdü, ölənlər var » devlet.info.az
Xəbərlər



Düşmənin Gəncəyə atdığı raket binaya düşdü, ölənlər var
Düşmənin Gəncəyə atdığı raket binaya düşdü, ölənlər var

Ermənistanın silahlı qüvvələri Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket atəşinə tutub.
Gəncə şəhərinə atılmış raketlərdən biri mülki şəxslərin yaşadığı binaların üzərinə düşüb.
Nəticədə bir neçə mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib. Ölənlərin olduğu bildirilir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dağıntılar altında qalan insanların axtarışını həyata keçirir.
Baxış sayı: 7