Xəbərlər
devlet.info.az » Gündəm » Azərbaycan dövləti və xalqı seçki prosesini tam demokratik qaydada keçirməyə hazırdır
Azərbaycan dövləti və xalqı seçki prosesini tam demokratik qaydada keçirməyə hazırdır
Azərbaycanda keçiriləcək prezident seçkilərinə cəmi bir neçə gün vaxt qalır. Aprelin 11-də xalqımız növbəti dəfə seçki məntəqələrinə gələrək, prezidentini seçəcək. Azərbaycanın Mərkəzi Seçki Komissiyası isə ölkəmizin demokratiya yolunda daha bir addım irəlilədiyini elan edəcək.
Əslində, bütün dünyada belədir: özünün gələcək inkişafı üçün demokratiya yolunu seçmiş hər bir dövlət istər-istəməz üzərinə azad, şəffaf və demokratik seçkilər keçirmək öhdəliyi götürmüş olur. Azərbaycan da uzun illərdir ki, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləməkdədir və seçki proseslərini lazımi şəkildə həyata keçirmək üçün beynəlxalq standartlara uyğun seçki qanunvericiliyi yaratmışdır.
Bu baxımdan ölkəmiz istənilən seçkini – istər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərini demokratik qaydada keçirməyə tam hazırdır. Dövlətimiz mükəmməl Konstitusiyaya və qanunvericiliyə malikdir. Bütün rayonlarda dairə seçki komissiyaları üçün yüksək səviyyədə şərait yaradılıb, seçkilərin tam demokratik və şəffaf keçirilməsi üçün seçki məntəqələrinin əksəriyyətində veb-kameralar quraşdırılıb.
Bu gün Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, qarşıdakı 11 aprel prezident seçkiləri daha mükəmməl qanunvericilik bazası və daha böyük seçki təcrübəsi əsasında keçirilir. Bu məsələdə təkcə beynəlxalq təşkilatlar tərəfindən müsbət rəy almış seçki qanunvericiliyimiz mühüm rol oynamır, həm də Mərkəzi Seçki Komissiyasının uzun illər ərzində topladığı zəngin seçki təcrübəsinin əhəmiyyəti şəksizdir. Artıq Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq ölkə ərazisində genişmiqyaslı maarifləndirmə işləri aparır. İctimaiyyətimizin ayrı-ayrı təbəqələrinin nümayəndələri, eləcə də ziyalılar, müəllimlər, başqa sahələrdə çalışan soydaşlarımız seçkidə fəal iştirak edəcəklərini, ölkəmizin işıqlı gələcəyinə səs verəcəklərini bəyan edirlər. Müəllim ordusu inanır ki, həmişə olduğu kimi, budəfəki seçkilərdə də demokratiklik və şəffaflıq təmin ediləcək, seçkilərin nəticələri xalqımız üçün xeyirli olacaq.
Əminliklə deyə bilərik ki, Azərbaycan dövləti və xalqı seçki prosesini tam demokratik qaydada keçirmək üçün hər cür addım atmağa hazırdır. Bu, bir sıra ədalətli beynəlxalq təşkilatlar tərəfindən də həmişə lazımi qiymətini alır, təqdir olunur. Bir vaxt məntəqələrdə saxtalaşdırmaya nəzarət üçün müşahidə kameralarının quraşdırılması məsəli qaldırılmışdı. Dövlət səviyyəsində bu məsələnin reallaşması təmin edildi. Sonra bir seçicinin bir dəfədən artıq səs verməsinin qarşısını almaq üçün barmaqların şəffaf mürəkkəblə rənglənməsi məsələsi ortaya çıxdı. Bu məsələnin də təcili surətdə tətbiqinə yaşıl işıq yandırıldı. Bəzi beynəlxalq təşkilatların, QHT-lərin başqa təklifləri nəzərə alındı və tətbiq edildi. İnanırıq ki, qarşıdakı 11 aprel seçkiləri də geniş ictimai fəallıq və demokratik prinsiplər əsasında keçiriləcək və beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndiriləcək.
Anar ŞİRVANLI
Oxşar xəbərlər
foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
Tədbirlər
Göyçayda Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı qeyd edilib
5-06-2023, 20:17
/
37
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayonda silsilə tədbirlər keçirilib
2-06-2023, 18:30
/
35
Azərbaycanın xalq artisti, bəstəkar Elza İbrahimovanın 85 illik yubleyi qeyd olunub
19-05-2023, 19:45
/
112