Azərbaycandan dayanmağı tələb edirdilər, lakin Ali Baş Komandan bütün bu təzyiqlərə sinə gəldi - Sahibə Qafarova » devlet.info.az
Xəbərlər



Azərbaycandan dayanmağı tələb edirdilər, lakin Ali Baş Komandan bütün bu təzyiqlərə sinə gəldi - Sahibə Qafarova
Azərbaycandan dayanmağı tələb edirdilər, lakin Ali Baş Komandan bütün bu təzyiqlərə sinə gəldi - Sahibə Qafarova

Bu günlərdə Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi böyük qələbənin sevincini yaşayır.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Spiker bildirib ki, Ali Baş Komandanın möhkəm iradəsi və ordumuzun qüdrəti nəticəsində xalqımızın qurtuluş savaşı zəfərlə başa çatıb və ölkəmizin ərazi bütövlüyü təmin edilib: “Təəssüf ki, müharibə itkisiz olmur və biz də itkilər verdik. Xahiş edirəm şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət etsin”.
S.Qafarova bildirib ki, Azərbaycan Prezidentinə təzyiqlər olsa da, Ali Baş Komandan bütün bu təzyiqlərə sinə gəldi:
"Hər gün Azərbaycandan dayanmağı tələb edirdilər, lakin cənab Prezident bəyan etdi ki, biz öz torpaqlarımızı azad edirik. Eşq olsun İlham Əliyevə, eşq olsun müzəffər ordumuza, yaşasın Azərbaycan xalqı”.
Baxış sayı: 4