Azərbaycanın mülki əhalisinə və obyektlərinə 30 mindən artıq mərmi atılıb - Hikmət Hacıyev » devlet.info.az
Xəbərlər



Azərbaycanın mülki əhalisinə və obyektlərinə 30 mindən artıq mərmi atılıb - Hikmət Hacıyev
Azərbaycanın mülki əhalisinə və obyektlərinə 30 mindən artıq mərmi atılıb - Hikmət Hacıyev

Sentyabrın 27-dən Ermənistanın Azərbaycanın mülki əhalisini və obyektlərini atəşə tutması nəticəsində Azərbaycanın mülki infrastrukturuna külli miqdarda ziyan dəyib.
Bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
H.Hacıyev bildirib ki, 27 sentyabrdan başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə və obyektlərinə məqsədyönlü şəkildə 30 mindən artıq mərmi, 227-dən artıq raket atılıb.
Baxış sayı: 8