Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib » devlet.info.az
Xəbərlər



Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib
Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, noyabrın 15-də Hərbi Dəniz Qüvvələrində gənc matrosların andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc matroslar təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.
Baxış sayı: 5