Ermənistan Kəlbəcərin tam boşaldılması üçün 25 noyabra qədər vaxt istəyib - Hikmət Hacıyev » devlet.info.az
Xəbərlər



Ermənistan Kəlbəcərin tam boşaldılması üçün 25 noyabra qədər vaxt istəyib - Hikmət Hacıyev
Ermənistan Kəlbəcərin tam boşaldılması üçün 25 noyabra qədər vaxt istəyib - Hikmət Hacıyev

Ermənistan Kəlbəcərin tam boşaldılması üçün 25 noyabra qədər vaxt istəyib.

Bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ermənilərin bəyanatda qeyd edilən rayonlardan çıxarılma işləri davam edir. Ermənistan Rusiya vasitəsilə Azərbaycandan 25 noyabra qədər vaxt istəyib:

H.Hacıyev bildirib ki, bəyanatın tələblərindən biri noyabrın 15-dək Kəlcəbərdən çxarılması idi: “Lakin Ermənistan tərəfi Rusiya vasiəsilə bu vaxtın uzadılması üçün müraciət edib. Buna görə də Azərbaycan tərəfi humanizmdən çıxış edərək noyabrın 25-dək qeyri-qanuni məskunlaşan mülki əhali və Ermənstan Silahlı Birləşmələrin üzvləri çıxarılır”.

H.Hacıyev qeyd edib ki, əvvəlcədən razılaşdırılmış təqvimə uyğun olaraq, noyabrın 20-də Ağdam rayonundan, 1 dekabradək Laçin rayonundan qanunsuz məskunlaşana ermənilər çıxarılacaq.
Baxış sayı: 4