Ağdam və Laçından ermənilərin çıxarılması vaxtı dekabrın 1-dəkdir - Hikmət Hacıyev » devlet.info.az
Xəbərlər



Ağdam və Laçından ermənilərin çıxarılması vaxtı dekabrın 1-dəkdir - Hikmət Hacıyev
Ağdam və Laçından ermənilərin çıxarılması vaxtı dekabrın 1-dəkdir - Hikmət Hacıyev

“Qrafikə uyğun olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən mülki insanlar, hərbçilər çıxarılır. Ağdamdan 20 noyabr, Laçından isə ermənilərin çıxarılması üçün nəzərdə tutulan vaxt dekabrın 1-dək olduğu kimi saxlanılır.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, Ermənistan Kəlbəcərin tam boşaldılması üçün 25 noyabra qədər vaxt istəyib və Kəlbəcərin relyefi, yolun dar olması nəzərə alınaraq bu ayın 25-ə qədər vaxt verilib.
Baxış sayı: 6