Ermənilərin Kəlbəcərdən çıxmasına nəzarət və monitorinq edirik - General-mayor Hüseyn Mahmudov » devlet.info.az
Xəbərlər



Ermənilərin Kəlbəcərdən çıxmasına nəzarət və monitorinq edirik - General-mayor Hüseyn Mahmudov
Ermənilərin Kəlbəcərdən çıxmasına nəzarət və monitorinq edirik - General-mayor Hüseyn Mahmudov

Azərbaycan ordusu Kəlbəcər rayonuna hərəkət etmək üçün tam hazırdır.

Bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov deyib.

Onun sözlərinə görə, ermənilərin Kəlbəcərdən çıxması üçün yol çox dardır, proses ləngiyir:

"Vəziyyəti diqqətlə izləyirik. Yaranmış vəziyyəti ictimaiyyətə çatdırırıq. Erməni işğalçılar bizim ərazini tərk edərkən binaları, meşələri yandırır. Bununla da iç üzünü dünyaya göstərir. Biz bu proseslərə nəzarət və monitorinq edirik".
Baxış sayı: 4