Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub » devlet.info.az
Xəbərlər



Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub
Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub

Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Baxış sayı: 7