Azərbaycanda göz xəstəliyindən əziyyət çəkənlərin sayı 3 dəfəyə yaxın artıb » devlet.info.az
Xəbərlər



Azərbaycanda göz xəstəliyindən əziyyət çəkənlərin sayı 3 dəfəyə yaxın artıb
Azərbaycanda göz xəstəliyindən əziyyət çəkənlərin sayı 3 dəfəyə yaxın artıb

Azərbaycanda son 14 il ərzində göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı 3 dəfəyə yaxın artıb.
2005-ci ildə Azərbaycanda 29 304 nəfər gözün və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkib. 2019-cu ildə isə bu say 80 393-ə yüksəlib.

Bu xəstəlik 18 yaşadək uşaqlar arasında geniş yayılıb. 2005-ci ildə 14 806 nəfər uşaq gözün və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkdiyi halda, 2019-cu ildə bu say 42 170-ə çatıb

Gözün və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkən uşaqların 32 236 min nəfərinin yaşı 13-dəkdir.

Qeyd edək ki, 13 yaşadək uşaqlar arasında gözün və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı son 14 ildə 2 dəfəyə yaxın (2005-ci ildə 17 636 nəfər) artıb.
Baxış sayı: 5