BIR UDUM nəfəsin kesiyində olan həkimə təşəkür mesajı » devlet.info.az
Xəbərlər



BIR UDUM nəfəsin kesiyində olan həkimə təşəkür mesajı
BIR UDUM  nəfəsin kesiyində olan həkimə təşəkür mesajı

Koronavirus xəstəliyi (COVID-19) yeni kəşf olunan koronavirus tərəfindən yayılan yoluxucu xəstəlikdir.
COVID-19-u yayan virus yoluxmuş insan öskürərkən, asqırarkən və ya nəfəs alarkən yaranan damcılar vasitəsi ilə yayılır. Bu damcılar havada qalmaq üçün çox ağır olduğuna görə sürətlə döşəməyə və ya səthlərə çökür.
COVID-19-a yoluxmuş insana yaxın məsafədəsinizsə, virusun olduğu havanu udaraq və ya üzərində virus olan səthə toxunduqdan sonra gözlərinizə, burnunuza və ağzınıza toxunaraq yoluxa bilərsiniz.
“Korona” deyilən bəlaya qarşı verilən böyük savaşın ən ön sırasında yer alan həkim və tibb bacıları vardır.Belə həkimlərdən biridə Şəmkir rayon Kür qəsəbəsi Təcili yardım baş həkimi Kazımova Samirə həkimdir.Günlər öncə Təhsilimizin anası Almaz müəliməni amansız virusun əlində öz bilik və bacarıqları ilə qurtaran həkim sizə rayon ictimaiyyəti, ziyalılar və müəlimlər ordusu adından təşəkür edirik.Amansız Covid-19 bəlsında qurtulan Almaz müəlimə öz həkiminə təşəkür şeiri yazmışdır.Şeiri sizə təqdim edirik.
Həyatdan əlini üzən kəslərın,
Ümüdlə üzünə baxan kəslərin,
Allahdan imdad diləyənlərin,
Ömrünü uzadan Samirə xanım.
BİR UDUM nəfəsə möhtac olana,
Ölümlə çarpışan aciz qalana,
Son ümüdü sənə qalana,
Sən həyat verdin Samirə xanim!!!
Həyata qayidan neçə kəslərin ,
Sən duasında, ürəyindəsən,
Nə qədər ömrüm var, yaşayıram mən,
Sənə borcluyam Samirə xanım.
Sənə ömrüm boyu dua edəcəm,
Səni özümə əziz biləcəm,
Mən sənin adını bu gündən sonra,
Məni qoruyan. " Mələk" qoyacam!!!
Şəmkir rayonu. Kür qəsəbəsinin baş hekimi Samirə xanima həsr olunur. Almaz müəllimə.
Baxış sayı: 47