Suraxanı yollar təmir bərpa olunur, yenilənir » devlet.info.az
Xəbərlər



Suraxanı yollar təmir bərpa olunur, yenilənir
Suraxanı yollar təmir bərpa olunur, yenilənir

Suraxanı rayonunda abadlıq-quruculuq işləri geniş miqyas alaraq uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulması işləri davam etdirilir.
Hazırda rayonun, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsində asfalt örtüyünün yenilənməsi işlərinə başlanılmışdır. İllərdir təmir edilməyən sözügedən yolun istismar olunması nəticəsində çalalar əmələ gəlmişdir ki, bu da öz növbəsində gediş-gəlişdə problemlərə səbəb olurdu. Cəbrayıl Xanməmmədov küçəsində bordurlar dəyişdirilərək 11 000 kv.metr asfalt örtüyü salınır. Həmçinin, küçədə piyada səkilərinin salınması, işıq dirəklərinin quraşdırılması da nəzərdə tutulmuşdur.
Qeyd edək ki, yolların yenidən qurulması sakinlərin sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır.

#Suraxanı #AAYDA #Hövsan #asfalt #abadlıq #infrastruktur #avtomobilyolları
Suraxanı yollar təmir bərpa olunur, yenilənir
Suraxanı yollar təmir bərpa olunur, yenilənir
Suraxanı yollar təmir bərpa olunur, yenilənir
Suraxanı yollar təmir bərpa olunur, yenilənir
Baxış sayı: 40