Azərbaycan və İran Araz çayı üzərində 2 SES tikəcək » devlet.info.az
Xəbərlər



Azərbaycan və İran Araz çayı üzərində 2 SES tikəcək
Azərbaycan və İran Araz çayı üzərində 2 SES tikəcək

Araz çayı üzərində 2 ədəd Su Elektrik Stansiyasının (SES) inşa olunması ilə əlaqədar İran və Azərbaycan arasında yekun razılaşma əldə olunub.

Bunu İranın energetika naziri Rza Ərdəkanian bu gün hökumətin iclasından sonra jurnalistlərə verdiyi açıqlamada deyib.

R.Ərdəkanianın sözlərinə görə, bu stansiyaların elektrik istehsalı potensialı 280 meqavat saat olacaq.

O, əlavə edib ki, ötən gün "Xudafərin" hidroqovşağının inşası ilə əlaqədar maliyyə məsələləri həll olunub.İranlı nazir deyib ki, bu hidroqovşaq ildə 1,6 milyard kubmetr suyu tənzimləyir və 120 min hektar ərazini su ilə təmin edəcək.

r.Ərdəkanian bildirib ki, İran və Azərbaycan arasında "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının inşası və istismara verilməsi ilə əlaqədar 4 il öncə saziş imzalanıb.
Baxış sayı: 13