Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlir - Energetika naziri » devlet.info.az
Xəbərlər



Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlir - Energetika naziri
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlir - Energetika naziri

240 meqavatt gücündə külək elektrik stansiyası ilə bağlı sazişin imzalanması ilə Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq yeni səviyyəyə yüksəlir.

Bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O bildirib ki, bu günədək "ACWA Power" şirkəti ilə külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihələr reallaşdırılıb:

"2030-cu ilədək Azərbaycan atmosferə buraxılan parnik qazlarının həcmini 35 faiz azaltmağı planlaşdırır. Bu gün imzalanan sənədlər tullantıların azaldılması məqsədinə nail olmaq yolunda vacib addımdır".

Nazir əlavə edib ki, Energetika Nazirliyi alternativ enerji sahəsində 10 şirkətlə əməkdaşlıq edir:

"Azərbaycan alternativ enerjinin istifadəsinin inkişafına böyük diqqət ayıran regionun lider enerji mərkəzlərindən biridir. Bizdə bərpa olunan enerji mənbələrinin hasilatı üzrə yeni stansiyalar tikilir, alternativ enerjinin dəyərinin azaldılması üçün üsullar hazırlanır. Biz gələcəkdə Səudiyyə Ərəbistanının digər şirkətləri ilə də bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq etməyə hazırıq".
Baxış sayı: 12