Xəbərlər
devlet.info.az » Gündəm » Küləklə bağlı XƏBƏRDARLIQ
Küləklə bağlı XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında yanvarın 8-i gündüzdən 9-u gündüzədək cənub-qərb küləyi 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında deyilir.
Bildirilir ki, yanvarın 8-i gündüzdən 10-dək Azərbaycanın bəzi rayonlarında qərb küləyinin 15-20 m/s, əsasən dağlıq ərazilərdə isə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.