Göyçay rayon rəhbərliyi şəhid və qazi ailələrinin yanındandır » devlet.info.az
Xəbərlər



Göyçay rayon rəhbərliyi şəhid və qazi ailələrinin yanındandır
Göyçay rayon rəhbərliyi şəhid və qazi ailələrinin yanındandır

Göyçay rayon Mallı-Şıxlı kənd sakini qazimiz Məmmədov Yusif Müşfiq oğlu icra hakimiyyətinin, rayon rəhbərliyinin həmişə diqqətində olub.
Qazimiz Yusif Məmmədov 1 oktyabr 2020 ci ildə döyüşlərdə yaralanıb Hərbi hospitalda müalicə alıb. Rayon icra hakimiyyəti başçısının tapşırığı ilə RİH-in Göyçay şəhər üzrə nümayəndəsi, Mallı-Şıxlı kənd bələdiyyəsi və icra nümayəndəsi, rayon ictimayyət nümayəndələri bir neçə dəfə qazinin evində olub, onlara bu və ya digər səviyyədə dəstək göstəriblər: "Məmmədov Yusifin ailəsinin yaşadığı ev həqiqətən yaxşı vəziyyətdə deyil. Həyətdə qazinin qardaşı üçün birmərtəbəli ev tikilir. Aztəminatlı ailə kasıbçılıqla yaşamasına baxmayaraq vətənpərvər övlad böyüdüb. Rayon rəhbərinin tapşırığı ilə qazimizi ziyarət edərkən ailə tərəfindən həyətdə tikilən evin tam başa çatması üçün köməklik göstərilməsi, yeni tikilən ev üçün elektrik enerjisi ilə təminat və qazimizin yolu cari təmir edilməsi istənilmişdir. Kəndin ərazisində olan məhlə daxili yol 300m təmir olunaraq istifadəyə verilib. Smeta dəyəri 1200 azn olan iş görülərək təhfil verilmişdir. Rayon rəhbəri Yusif Məmədovla danışaraq diqqətinə çatdırdı ki, hazırda yaşadığı evdə onun müalicə alması çox çətin olmasını rəhbər tutaraq rayon mərkəzi xəstəxanasında qazinin müalicəsi üçün otaq ayrılmasını bütün müalicəsini təmin etməyi təklif etsədə qazimiz xəstəxanaya getməkdən imtina edib və bildirdi ki, yanvarın 6-da Bakıda hərbi hospitala gedib müalicəsini orda davam etdirməlidir. Göyçay rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadənin tapşırığı ilə həmin ailəyə müxtəlif yardımlar edib.
Göyçay rayon rəhbərliyi şəhid və qazi ailələrinin yanındandır

Bildirək ki, İkinci Qarabağ müharibəsindən əvvəl rayyon ərazisində aztəminatlı, kimsəsiz, yoxsul ailələrə covid19, koronavirusla mübarizə zamanı tətbiq olunan karantin rejimi zamanı dəfələrlə yardım, sovqat göndərilmişdir. Qazimizin ailəsi sosial yardma ehtiyacları olan kasıb ailədir.
Göyçay rayonunda olan bütün qazilərin, şəhidlərin, müharibə iştirakçılarının ailələrinə daim diqqət gösttərdiklrini, onları qayğı ilə əhatə edilib. Vətən müharibəsi bitdikdən sonra Şanlı qələbə qeyd olunandan bu günə kimi ordudan təxris olunan 100 dən çox qazi, döyüşçü pandimeya qaydaları çərçivəsində qruplar halında rayon rəhbəri ilə görüşüb. Bəzi hallarda isə qzilər evlərində ziyarət olunub.Hazırda cəbhədə olan döyüşçülərimizində ailəsi qayğıdan kənar deyil. Belə ki, rəhbərliyin təşkilatçılğı ilə bu qəbilədən olan ailələr ziyarət olunuraq maddi və sovqatla təmin edilir.
Respublikamızda xalq iqtdar bilriyi nəticəsində birləşmək rayonumuzdan da yan ötməyib. M. Səlimzadənin çağrışına qoşulan rayon sahibkarları, imkanlı şəxslər müxtəlif yardım aksiyalarında iştirak edirlər.
Göyçay rayon rəhbərliyi şəhid və qazi ailələrinin yanındandır

Qeyd edək ki, 21 sentyabr 2020 ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ölkədə Qismən səfərbərlik elan etdiyi vaxtdan 1500 dən çox gənc könüllü olaraq 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı azad etmək üçün cəbhəyə yolanıb. 27 sentyabr 2020 ci il tarixində ölkəmizdə ilk şəhid Göyçay rayonunun Ləkçıplaq kəndindən Zamiq Əhmədovun izdihamla, təmtərahla dəfnindən son şəhidimiz Qalib ordunun şəhid polkovniki Babək Səmidlinin dəfninədək icra hakimiyyəti başçısı şəxsən özü və rayon ictimayyəti, ağsaqqallar, dindarlar, ziyalılar və gənclərlə birgə iştirak edib. Göyçay 47 şəhid verib onlardan 43 şəhidlik zirvəsinə yüksələn həmyerlilərimiz rayon ərazisində dəfn olunub. Kəndlərdə və şəhidlər xiyabanında şəhidlərin məzarları düzəldilib. Şəhidlər xiyabanında və rayonun ərazisində ölkəmizin şəhidlərinin əbədiləşdirmək məqsədilə ağaclar və gül kolları əkilib, şəhidlərimiz barədə lövhələr basdırılıb. Rayonda 20 yanvar, Birinci Qarabağ, Aprel və ikinci Qarabağ vətən müharibəsi zamanı şəhid, qazi olmuş və döyüşmüş hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşılır. Bu il Göyçayda keçirilən ənənəvi Nar festivalı icra hakimiyyəti başçısının təşkilatçılığı ilə məhz Qarabağda döyüşlərdə qəhrəmanlıq görsədən igid əsgərlərimizə göndərildi. "Hər əsgərə bir nar adlı aksiya uğurla başa çatdı.
Bildirək ki, Yusif Məmmədov barədə "Yaşat" Fonduna da məlumat verilib".
Xatırladaq ki, Vətən müharibəsində döyüşərək ağır yaralanan hərbçilərimizdən biri də Göyçay rayon Mallı-Şıxlı kənd sakini əsgər Məmmədov Yusif Müşfiqin qardaşı Rəvan Məmmədov çox ağır şəraitdə yaşadıqları ilə bağlı sosial şəbəkələrdə məlumat yaymışdı. O iddia edirdi ki, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün Göyçay rayon İcra Hakimiyyətinə müraciət etsələr də, onların müraciəti cavabsız qalıb.
Bəzi saytlar oxucu kütləsi toplamaq məqsədilə qazinin köhnə evinin şəkillərini və müalicəsi barədə paylamalar edərək məsələni ictimayətləşdiriblər. Belə sayt rəhbərlərinə isə rayona dəvət edirik, hansısa bu kimi paylaşmalar etmədən jurnalist araşdərması aparmaq vacibdir. Qərəzli, birtərəfli mövqe göstərməklə dəqiqləşdirmədən yazı yazmaq məsuliyyətsizlik etməkdənsə bu dönəmdə həssas mövzulara toxunaraq qarayaxma kompaniyası ilə məşğul olmaqdansa hansısa şəhid və ya qazi ailələrinə dəstək olmağa çağırırıq.
Bu gün icra hakimiyyətinin sakinlərlə birgə vədhədi nəticəsində sahibkar göyçaylılar tərəfindən qazimiz Yusif Məmmədovun həyətində yeni tikilən evin tam tikintisi üçün maddi vəsait ayrılıb, evin işıqlanması və ailənin yolu təmir olunur.Bundan sonrada qazimiz Yusif Müşfiq oğlu Məmmədovun yanında olaraq daima ona və onun kimi digər qazilərimzə dəstək olacağıq.
Göyçay rayon rəhbərliyi şəhid və qazi ailələrinin yanındandır
Baxış sayı: 124