Cənub turizm dəhlizi üzrə regional xəritə hazırlanıb » devlet.info.az
Xəbərlər



Cənub turizm dəhlizi üzrə regional xəritə hazırlanıb
Cənub turizm dəhlizi üzrə regional xəritə hazırlanıb

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən cənub turizm dəhlizi üzrə Lənkəran-Astara regional xəritəsi hazırlanıb.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, xəritə turizm imkanlarının təbliğ edilməsi, həmçinin turistlər üçün turizm məkanlarının əlçatanlığının təmini məqsədilə hazırlanaraq dərc olunub.

Bundan öncə isə Şimal və Şimal-qərb turizm dəhlizlərini əhatə edən regional xəritələr nəşr olunub.
Baxış sayı: 9