Şaiq Mirzəyev “AZGRANATA” MMC-nin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşdü » devlet.info.az
Xəbərlər



Şaiq Mirzəyev “AZGRANATA” MMC-nin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşdü
Şaiq Mirzəyev “AZGRANATA” MMC-nin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşdü

“AZGRANATA” MMC-nin İdarə Heyətinin sədri Şaiq Mirzəyev şirkətin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb.

Görüşdə əvvəlcə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Ş.Mirzəyev Vətən müharibəsində iştirak edərək uğurlu döyüş yolu keçən, torpaqlarımızın işğaldan azad olunmasında bilavasitə iştirak edən qaziləri Zəfər münasibətilə təbrik edib. O, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həyatlarını itirmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, yaralıların tezliklə şəfa taparaq öz sağlamlıqlarına qovuşmalarını, hazırda hərbi xidmətlərini davam etdirən hərbçilərimizə isə möhkəm can sağlığı arzulayıb.

Ş.Mirzəyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən cəmi 44 gün ərzində uzun illər Ermənistan tərəfindən işğal altında saxlanılmış ərazilərimiz işğaldan azad olunub və bununla da tarixi ədalət bərpa edilib.

"Hər bir dövlətin gücü həm də onun ordusundadır. Biz də Ordumuzun sayəsində mənfur düşməni məğlub etdik. Tarixə nəzər salsaq, görərik ki, bəzi hallarda dövlətlər illərlə vuruşsa da, heç bir irəliləyiş əldə edə bilmir və ya məğlub olurlar. Azərbaycan isə 44 gün ərzində böyük bir tarix yazdı. Bu tarixi siz yazdınız - Azərbaycan əsgəri, Azərbaycan zabiti yazdı. Əsgərlərimiz heç bir təmənna güdmədən Vətən uğrunda döyüşdülər, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməyi özlərinə borc bildilər. Buna görə də biz sizinlə, bütün əsgərlərimizlə fəxr edirik!" - deyə o qeyd edib.

Sədr diqqətə çatdırıb ki, “AZGRANATA” şirkəti hər zaman olduğu kimi, müharibə vaxtı da dövlətimizin və Ordumuzun yanında olub. Ş.Mirzəyev Vətən müharibəsində iştirak etmiş əməkdaşların şirkət tərəfindən bundan sonra da diqqətdə saxlanılacağını deyib: "Vətən müharibəsi iştirakçılarının qayğıları, problemləri ilə maraqlanmaq, iş şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atmaq bizim əsas vəzifələrimizdən biri olacaq”.

Sonda çıxış edən qazilər Vətən müharibəsi dövründə ordumuza göstərdiyi mənəvi dəstəyə, səmimi qarşılanmaya və xoş sözlərə görə “AZGRANATA” MMC-nin rəhbərliyinə təşəkkür ediblər.

Qeyd edək ki, Vətən müharibəsində şirkətin 30-a yaxın əməkdaşı iştirak edib.
Şaiq Mirzəyev “AZGRANATA” MMC-nin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşdü
Şaiq Mirzəyev “AZGRANATA” MMC-nin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşdü
Şaiq Mirzəyev “AZGRANATA” MMC-nin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşdü
Şaiq Mirzəyev “AZGRANATA” MMC-nin Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşdü
Baxış sayı: 11