Pandemiya səbəbindən sərnişin daşınmasında azalma olub - Bakı Limanı » devlet.info.az
Xəbərlər



Pandemiya səbəbindən sərnişin daşınmasında azalma olub - Bakı Limanı
Pandemiya səbəbindən sərnişin daşınmasında azalma olub - Bakı Limanı

2020-cu ildə COVID-19 pandemiyası ilə bağlı sərhədlərdə tətbiq olunan məhdudlaşmalar səbəbindən Bakı Limanında sərnişin daşınmasında azalma olub və 25 min 609 nəfər təşkil edib.

Bakı Limanından verilən məlumata görə, limanda peşəkar tibb personal tərəfindən COVID-19 pandemiyası ilə bağlı analizlərin götürülməsi operativ şəkildə təşkil edilib və analoji təcrübə ən çox xarici sürücülərin daxil olduğu “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində də tətbiq olunub.

Keçən il 21 min 599 nəfər beynəlxalq yükdaşıma iştirakçısının (TIR sürücüsü) 14 min 411-i Bakı Limanında, 7188-i isə “Qırmızı Körpü”də COVID-19 testindən keçib.
Baxış sayı: 12