Xəbərlər
devlet.info.az » Gündəm » Aİ ölkələrində yeni avtomobil satışı rekord həddə azalıb
Aİ ölkələrində yeni avtomobil satışı rekord həddə azalıb
2020-ci ildə Avropa İttifaqı (Aİ) ölkələrində yeni avtomobil satışı 2019-cu illə müqayisədə 23,7 faiz azalıb.
Bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası bildirib.
Bu, Aİ avtomobil bazarı tarixində ən yüksək göstərici olub.
Qeyd olunub ki, ötən il Aİ ərazisində yalnız 9 milyon yeni avtomobil qeydə alınıb və bu 2019-cu illə müqayisədə 3 milyon azdır.
Avropa Komissiyasının hesablamalarına əsasən, 2020-ci ildə Aİ İkinci dünya mühahirəbəsindən sonra ən yüksək iqtisadi azalma nümayiş etdirib. Ötən il Aİ iqtisadiyyatı 7,5 faiz azalıb.