Xəbərlər
devlet.info.az » Gündəm » Moskvada polislə qarşıdurma oldu, yaralananlar var
Moskvada polislə qarşıdurma oldu, yaralananlar var
Moskvada müxalifətçi Aleksey Navalnının həbsinə etiraz olaraq keçirilən mitinq zamanı polislə toqquşmalar baş verib.
Dövlət press qəzetinin TASS-a istinadən məlumatına görə, aksiya iştirakçıları arasında yaralananlar var.
Qarşıdurma zamanı xəsarət alanlar arasında hüquq-mühafizə orqanlarının əməkdaşlarının olub-olmaması hələlik bilinmir.
Qeyd edək ki, Puşkin meydanındakı aksiyada 4 minədək insanın iştirak etdiyi bildirilir.