2020-ci ildə Göyçay rayonun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri » devlet.info.az
Xəbərlər



2020-ci ildə Göyçay rayonun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri
2020-ci ildə Göyçay rayonun iqtisadi və sosial inkişafının makroiqtisadi  göstəriciləri

2020-ci ildə Göyçay rayonun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri ilə Sizləri tanış edirik.

Göyçay rayon Ststistika İdarəsindən verilən məlumata əsasən 2020-сi ildə rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 301347,2 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,7 faiz az ümumi daxili məhsul istehsal edilmişdir.
Məhsul və xidmətlərin ümumi həcminin 58,8 faizi istehsal sahələrinin, 41,2 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
İqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin 42960,9 min manatı və ya 14,2 faizi sənayedə, 134140,7 min manatı və ya 44,5 faizi kənd təsərrüfatında , 13140,1 min manatı və ya 4,4 faizi tikintidə, 2830,4 min manatı və ya 1,0 faizi nəqliyyatda, 1294,3 min manatı və ya 0,4 faizi rabitədə, 106980,8 min manatı və ya 35,5 faizi ticarət və xidmət sahələrində istehsal olunmuşdur.
Sənaye. 2020-ci ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 8,2faiz azalaraq42960,9 min manat təşkil etmişdir.
Sənaye məhsulunun 82,0 faizi emal sənayesinin, 16,8 faizi elektrik enerjisi , qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,2 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşür.
Sənaye məhsulu istehsalının 17,7 faizini dövlət müəssisələri, 82,3 faizini qeyri-dövlət müəssisələri təşkil edir.
Kənd təsərrüfatı. Rayonda 2020-ci ildə dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız)əkin sahəsinin 94,4 faizi (13366,4 hektar) biçilmiş və həmin sahələrdən 39541,9ton (keçən il 47848,5 ton ) taxıl məhsulu götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,6 sentnertəşkil etmişdir.
Bundan əlavə 40,7hektar dən üçün qarğıdalının əkin sahəsindən 222,3 ton məhsul toplanmış, hər hektadan54,6 sentner qarğıdalı dəni götürülmüşdür.
Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda əsas yer tutur. İstehsal olunmuş taxıl məhsulunun 54,0 faizini (21498,0 ton) buğda, 0,6 faizini ( 222,3 ton) qarğıdalı, 1,0 faizini ( 411,9 ton) çəltik, 44,3 faizini ( 17606,0 ton) arpa, 0,1 faizini ( 26 ton ) dərı təşkil edir.
2020-ci ildə 47564,6 ton və ya əvvəlki ilə nisbətən 2,2 faiz az tərəvəz, 2394,3 ton (31,5 faiz çox) kartof, 728,2 ton (2,1 dəfəçox) bostan məhsulları toplanmışdır.
2020-ci ildə rayon üzrə keçən ilin müvafiq dövrünə nisbətən 24,2 faiz çox yem bitkiləri istehsal olunmuşdur.
Cari ildə rayonun ayrı-ayrı təsərrüfatlarında meyvə sahələrinin 33,4 hektar artması barədə təsərrüfatlardan hesabatlar daxil olmuşdur. Hazırda rayonda 6709,1hektar meyvə bağları mövcuddur ki, bunun da 6316,0 hektarı və ya 94,1 faizi meyvə verən yaşda olan ağaclardır.
2020-ci ildə 78234,1 ton meyvə və giləmeyvə yığılmışdır.Keçən ilin müvafiq dövrünə nisbətən meyvə-giləmeyvə istehsalı 4741,0 ton artmışdır.
Rayon təsərrüfatlarında olan meyvə istehsalının48,6 faizini nar, 37,3 faizini xurma, 14,1 faizini isə digər meyvələr təşkil edir.
2021-ci il yanvarın 1-i vəziyyətinə rayon üzrə 35733 baş iribuynuzlu mal-qara, o cümlədən 17824 baş inək və camış, 58470 baş qoyun və keçi mövcud olmuşdur.
2020-ci ildə diri çəkidə 8506,0 ton ət, 19899,0 ton süd, 22088,0 min ədəd yumurta, 124,0 ton yun istehsal edilmişdir.
Kənd əməkçiləri 2021-ci ilin məhsulu üçün 13631,0hektar sahədə şum qaldırmış, 12500,0 hektar sahədə dən üçün taxıl səpmişlər. Dən üçün səpilmiş 12500,0 hektar taxıl sahəsinin 6261,0 hektarını buğda, 6239,0 hektarını arpa təşkil edir.
2020-ci ildə rayonda 5274,25 kq barama istehsal edilmişdir.
2020-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 134140,7 min manat olmuş, 2019-cu illə müqayisədə 10330,8 min manat və ya 2,2 faiz artmışdır.
Tikinti. 2020-ci ildə rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 13416,6 min manat və ya 2019-cu ilə nisbətən 86,5 faiz az investisiya yönəldilmişdir.Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi 2019-cu ilə nisbətən 84,3 faiz azalaraq 13140,1 min manat olmuşdur. İstehsal təyinatlı obyektlərin inşasında 12453,3 min manat, qeyri-istehsal təyinatlı obyektlərin inşasında 963,3 min manatlıq investisiyadan istifadə edilmişdir.
Tikinti müəssisələri tərəfindən 2020-ci ildə 40857,6 min manatlıq inşaat işləri görülmüş, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 28842,6 min manat və ya 3,4 dəfə çoxdur .
Pərakəndə ticarət və ödənişli xidmət. 2020-ci ildə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 332238,5 min manatlıq məhsul satılmış,xidmət subyektləri tərəfindən 50375,4 min manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 12,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 27,6 faiz azalmışdır.
Nəqliyyat , informasiya və rabitə. 2020-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən580,0 min ton yük və 7966,0 min nəfər sərnişin daşınmışdır. Bu da 2019-cu ilin eyni dövrünə nisbətən 362,0 min ton yük və ya 38,4 faiz, 6756,0 min sərnişin və ya 45,9 faiz azdır.
İnformasiya və rabitə müəssisələri 2020-ci ildə əhaliyə, müəssisə və təşkilatlara 1294,3 min manatlıq, yaxud 2019-cu ilin eyni dövrünə nisbətən 12,8 faiz çox rabitə xidməti göstərmişlər.
Demoqrafik vəziyyət. 2021-ci il yanvar ayının 1-i vəziyyətinə rayon əhalisinin sayı 825nəfər və ya 0,7 faiz artaraq 122512 nəfərə çatmışdır.
Əhalinin ümumi sayından 37343 nəfəri (30,5 faizi) şəhər, 85169 nəfəri (69,5 faizi) kənd sakinləridir. Rayon əhalisinin 50,1 faizini kişilər, 49,9 faizini qadınlar təşkil edir.
2020-ci ilin yanvar - dekabr aylarında1704 doğulan körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,9 təşkil etmişdir.
Cari ilin yanvar- dekabr aylarında rayonda 962 ölüm halı qeydə alınmış, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,9 təşkil etmişdir.
2020-ci ilin yanvar - dekabr aylarında qeydiyyat şöbələri tərəfindən421 nikah və 138 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinənikahların sayı 3,4, boşanmaların sayı 1,1 olmuşdur.
Cari ilin yanvar- dekabr ayları ərzində rayona daimi yaşamaq üçün 126 nəfər gələn və 43 nəfər rayondan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 83 nəfər təşkil etmişdir.
Əməkhaqqı və yeni iş yerləri. 01 yanvar 2021-ci il vəziyyətinə rayonun iqtisadiyyatında məşğul olanların sayı 56492 nəfər olmaqla rayon əhalisinin 46,1 faizini təşkil edir.
Məşğul əhalinin 11728 nəfəri və ya 20,8 faizi muzdla işləyənlərdir. Əhalinin həyat səviyyəsinin yüksəlməsinətəsir edən orta aylıq nominal əməkhaqqı 420,5 manat olmaqla 2019-ci ilin yanvar- noyabr ayları ilə müqayisədə 21,6 faiz artmışdır.
Məşğulluq xidmətləri tərəfindən rayon üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2020-ci ildə 23510 nəfər olmuşdur.
Rayonda 2021- ci il yanvar ayının 1-i vəziyyətinə2416 yeni iş yeri açılmışdır ki, bunların da hamısı daimi iş yerləridir. Belə ki, açılmış iş yerlərindən 26-ı yeni yaradılmış müəssisə və təşkilatlarda,74-ü mövcud müəssisə və təşkilatlarda, 2316-ı isə fiziki şəxslərdə olmuşdur.
Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətləri. 2020-ci ilin dekabr ayını 2020-ci ilin noyabr ayı ilə müqayisə etdikdə, kənd təsərrüfatı və ərzaq məhsullarından kartof, soğan, göyərti, nar, heyva, xurma, quş əti, süd, yumurta, şəkər, şəkər tozu, karamel bahalaşmış, kələm, kök, süfrə çuğunduru, mal əti, qoyun əti, qarabaşaq yarması ucuzlaşmışdır.
2020-ci ilin dekabr ayını 2019-cu ilin dekabr ayı ilə müqayisə etdikdə, kənd təsərrüfatı və ərzaq məhsullarından kartof, soğan, kələm, quş əti, süd, yumurta, buğda unu, pendir, şəkər, şəkər tozu, karamel bahalaşmış, kök, süfrə çuğunduru, mal əti, qoyun əti, kərə yağı, qarabaşaq yarması ucuzlaşmışdır.
Təhsil. Rayonda 1420 uşağın tərbiyəsi ilə məşğul olan 34 məktəbəqədər təhsil müəssisəsi, 2019 / 2020 - ci tədris ilində 1999 nəfər müəllimin çalışdığı, 18532 nəfər şagirdin təhsil aldığı 57 dövlət gündüz ümumtəhsil məktəbi, 83 nəfər müəllim kollektivinin çalışdığı, 1498 nəfər tələbənin təhsil aldığı Dövlət İdarəetmə və Texnologiya Kolleci, 78 nəfər müəllim və mühəndisin çalışdığı, 323 nəfər tələbənin təhsil aldığı Peşə Liseyi fəaliyyət göstərir.
Mədəniyyət. Rayonda 311,5 min nüsxə kitab fondu olan 37 kütləvi kitabxana, 10 mədəniyyət evi, 17 klub, 1 uşaq musiqi məktəbi, 3 muzey fəaliyyət göstərir. 2020-ci ildə kitabxanalarda 30,2 min nəfər oxucu olmuş, muzeylərə fərdi gələnlərin sayı 1,0 min nəfər, ekskursiyaya gələnlərin sayı 2,0 min nəfər olmuşdur.
Səhiyyə. 2021-ci ilin əvvəlinə rayonda fəaliyyət göstərən 1 xəstəxana, 17 həkim məntəqəsi , 31 tibb məntəqəsi , 1 təcili yardım müəssisələrində 168 nəfər həkim , 495 nəfər orta tibb işçisi çalışmış, əhalinin hər 10000 min nəfərinə 14 həkim, 40 orta tibb işçisi düşmüşdür.
Rayonda 2020-ci ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, endokrin sisteminin, qida qəbuletmənin, maddələr mübadiləsi və immunitetin pozulması, qan və qanyaradıcı orqanların, qan dövranı sisteminin, həzm orqanlarının, əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri üstünlük təşkil edir.
Pensiya və sosial təminat. 2021-ci il yanvarayının 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsinin Göyçay rayon şöbəsində 12691 nəfər pensiyaçı, 5440 nəfər sosial müavinət, 2737 nəfər təqaüd, 1523 nəfər birdəfəlik müavinətlər, 138 aztəminatlı ailəyə ünvanlı sosial yardım alanlar qeydiyyatda olmuşdur.
İdman. Rayonda Olimpiya İdman Kompleksi, 175 idman qurğusu, 1-1,5 min yer tutan stadion, 38 qapalı idman zalları, 3 idman məktəbi fəaliyyət göstərir.
Hüquqpozmalar. Rayonda 2020-ci ildə 192 cinayət hadisəsi qeydə alınmışdır ki,bu da əhalinin hər on min nəfərinə hesabı ilə 16 hadisə təşkil edir.Qeydə alınmış cinayətlərin 12-i ağır və xüsusilə ağır xarakterli cinayətlərə aiddir.

Regionların Sosial - İqtisadi İnkişafı Dövlət Proqramı
(2019-2023-cü illər)

2019-2023-cü illər üzrə yeni qəbul olunmuş “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davamı olaraq Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli avtomobil yolunun yenidən qurulması işləri, Hacalıkənd-Qaraman-Ləkçıplaq-Yalman avtomobil yolunun tikintisi başa çatdırılmışdır.
Rayonda yataqxana binalarında məskunlaşmış mənzil şəraiti ağır olan köçkün ailələri üçün 80 mənzilli, həmçinin özəl investisiya hesabına 20 mənzilli yaşayış binaları inşa edilmiş, 12 mənzilli yaşayış binasının tikintisi davam etdirilir.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi üçün işsiz və iş axtaran vətəndaşların 695 nəfəri rayon Məşğulluq Mərkəzinin göndərişi ilə işlə təmin olunmuş,
40 nəfər peşə kurslarına, 203 nəfər özünüməşğulluq layihələrinə cəlb edilmişdir. Dövlət Məşğulluq Xidməti tərəfindən “Özünüməşğulluq proqramı” çərçivəsində sosial müdafiəyə daha çox ehtiyacı olan 264 vətəndaş təlimlərə cəlb edilmiş, onlardan 224 nəfəri aktivlərlə təmin edilmişdir.
Göyçay şəhərində 3, 4 və 8 saylı, Müskürlü və Qarabaqqal kəndlərində 40 yerlik uşaq bağçaları istifadəyə verilmiş, Çaxırlı kənd tam orta məktəbinin əsaslı təmir işləri başa çatdırılmışdır. Çayarxı kəndində uşaq bağçasının tikintisi davam etdirilir.
Ləkçıplaq kənd 1 nömrəli tam orta məktəbinin əsaslı təmiri işləri də davam etdirilir.

2020-ci ildə Göyçay rayonun iqtisadi və sosial inkişafının makroiqtisadi  göstəriciləri

Teymur Şirinov,
Göyçay rayon Ststistika İdarəsinin rəisi
Baxış sayı: 14