Prezident İlham Əliyevin Münxendəki qətiyyətli mövqeyi əməldə öz yerini tapdı - Deputat » devlet.info.az
Xəbərlər



Prezident İlham Əliyevin Münxendəki qətiyyətli mövqeyi əməldə öz yerini tapdı - Deputat
Prezident İlham Əliyevin Münxendəki qətiyyətli mövqeyi əməldə öz yerini tapdı - Deputat

Hər kəsin, o cümlədən dünya mediasının aktiv şəkildə izlədiyi, Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanyana tarix və siyasət dərsi keçdiyi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş panel müzakirələrdən bir il keçir.

Bunu Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, əgər bu müzakirə tarixə Ermənistan baş nazirinin biabırçı vəziyyətə düşməsi, peşəkar siyasərçilər arasında yerinin olmaması, diplomatik etiket qaydalarını bilməməsi, ən əsası müzakirə olunan mövzu ilə bağlı tamamilə fiaskoya uğraması ilə düşdüsə, Azərbaycanın dövlət başçısının regionun tarixini və mədəniyyətini kifayət qədər dərindən bilməsilə, peşəkar siyasətçi və diplomat olmasıyla, Azərbaycanın bu problemin həlli istiqamətində mövqeyinin açıq və sərt şəkildə ortaya qoyması və müdafiə eləməsilə yadda qaldı:

“Ermənistan baş naziri üçün bu müzakirələr beynəlxalq ictimaiyət qarşısında sonun başlanğıcı oldu. Şuşada təlxəklik edərək daxili auditoriyasına nəyisə sübut etməyə çalışan Paşinyan Münxendəki debat zamanı da siyasi təlxək vəziyyətinə düşdü. Artıq müzakirələrdən bir il vaxt keçir. Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi və Şanlı Azərbyacan ordusunun rəşadəti sayəsində ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi.

Prezident İlham Əliyevin Münxendəki qətiyyətli mövqeyi əməldə öz yerini tapdı. 44 gün ərzində biz 30 ilə yaxın vaxt ərzində işğal altında qalan torpaqlarımızı azad etdik. Bizim mövqeyimiz haqq mövqeyi idi. Bizim heç kimin ərazisində gözümüz yox idi. Biz sadəcə olaraq ədalətin bərpasını istəyirdik. Prezident İlham Əliyevin də dediyi kimi, biz beynəlxlaq təşkilatların etməli olduğu işi öz gücümüzə həll etdik. Artıq münaqişə həll olunub. Münaqişənin həlli regionun mənzərəsini dəyişib və yeni reallıqlar yaradıb.

Ümid edirəm ki, Ermənistan bu reallıqları başa düşəcək və keçmişdəki səhvlərini etməyəcək. Çünki artıq Azərbaycan 90-cı illərdəki zəif dövlət deyil. Onun güclü rəhbəri, möhkəm iqtisadiyyatı, şanlı ordusu var. Hər hansı balaca bir səhv Ermənistanın dövlət kimi mövcudluğunu sual altına sala bilər”.
Baxış sayı: 3