Dövlət hər zaman qazisinin yanındadır » devlet.info.az
Xəbərlər



Dövlət hər zaman qazisinin yanındadır
Dövlət hər zaman qazisinin yanındadır

Vətən müharibəsi Qazisiləri Göyçay şəhəri Səyyaf Xəlilov ​ küçəsi ev 36​ sakini ​ Əsgərov Mehman Mahir oğlu və Göyçay rayonunun Müskürlü kənd sakini Məmmədov Ramazan Əvəz oğlu barədə bəzi saytlarda rayon icra hakimiyyəti başçısından qərəzli mövqe turataq, yalan, böhtan dolu, realığı özündə əks etdirməyən paylaşmalar soaial şəbəkələrdə paylaşılır.
Dövlət hər zaman qazisinin yanındadır

Bildirək ki, rayonda olan əməkdaşımız M. Əsgərovun idiası üzrə araşdırma apararkən məlum oldu ki, qazi, Göyçay rayon sakini 1995-ci il təvəllüdlü Əsgərov Mehman Mahir oğlu 29 sentyabr 2020-ci il tarixdə könüllü olaraq Vətənimin azadlığı uğrunda gedən döyüşlərə qatılmışam. 190 saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak edib. Düşmən tərəfindən atılan artileriya zərbəsilə ağır yaralanaraq, "Açıq kəllə-beyin travması, ağtərəfli alın sümüyünün içəriyə basılmış qəlpəli sınığı, baş beyin əzilməsi, subaraxnoidal qansızma, sağtərəfli alın nahiyəsinin epidural hematoması, Sağ ağciyərin əzilməsi və intraparenxematoz yad cismi(qəlpə), sağtərəfli hemotaraks, sağtərəfli hematomanın və sümük qəlpələrinin xaric edilməsi cərrahi əməliyyatından sonrakı vəziyyət" diaqnozu ilə müalicə alır. Göyçay rayon icra hakimiyyəti tərəfindən qazinin müalicəsinə dəstək olunmuş, müalicəsi üçün lazım olan dava-dərmanla təmin olunmuşdur. Bu gün qazimiz şəhərin yaşıllıq zolağında şəhərin memarlıq üslubuna zidd olan ərazidə tikinti tikməsi üçün müraciət edib. Göyçay rayon icra hakimiyyətinin mümarlıq şöbəsi və şəhər bələdiyyəsi birgə olaraq komisiya şəklində əraziyə baxış keçirmiş M. Əsgərovun tələb etdiyi yaşılıq zolağında heç bir tikintinin aparılmasının yolverilməz olduğunu bildirmişdirlər. Qazimizin adından paylaşma edən saytlarda rayon rəhbərinin tələb olunan ərazidə tikinti tikilməsinə qarşı çıxması yer alıb.
Dövlət hər zaman qazisinin yanındadır

Qeyd edək ki, yaradılan komisiyanın birgə rəyi ictimayyətə açıqlanmışdır. Bu gün hansısa tikinti üçün şəhərin memarlıq üslubunun pozulması qanuna zidd əməl hesab olunur. Qanunu poazmaq , yaşılıq zolağının zəbt olunması yolverilməzdir. Bu açıqlamanı qara yaxma kompaniyasına çevirərək, həsas dönəmdə qazilərin adından paylaşmalar etməklə, araşdırma aparmadan, qarşı tərəfin rəyini bilmədən, birtərəfli yazı paylaşmaq məsuliyyətsiz jurnalist qələminə hörmətsizlikdir. Mətbuat nümayəndəsi olan sayt rəhbərlərindən, xəbər saytlarının yazarlarından xahişimiz edilən müraciətləri azından araşdırmadan paylaşılmasını tənzimləməkdir. Qərəzsiz, obyektiv, operativ düz məlumat yaymaq üçün müraciət olunan vətəndaşla və onun tələb etdiyi məsələni yerindəcə araşdırmaq lazımdır.
Ümumiyyətlə dövlətimiz daima öz qazisinə qayğı ilə yanaşır. Göyçay rayonunda şəhid ailəllərinə, qazilərə qarşı diqqət yüksəkdir. 44 gün vətən müharibəsi zamanı rayon 46 şəhid verib. Öz qəhərman şəhidlərini izdihamla, etiramla dəfn edən rayon rəhbərliyi, yüksək zirvəyə ucalan şəhidlərimizin məzarlarını, şəhidlər xiyabanını öz daxili vəsaitləri hesabına düzətdirib. 1500 yaxın könüllü gənci cəbhəyə yola salan rayon icra hakimiyyəti 650 qazi, müharibə iştirakçısı ilə görüşərək igidlərimizə təşəkkürlərini bildirərək, dəstək olub.

Saytlarda adları çəkilən qazilərimizdən Göyçay rayonunun Müskürlü kənd sakini Məmmədov Ramazan Əvəz oğlunun dəfələrlə rayon rəhbəri, kənd icra nümayəndəliyi, bələdiyyə və rayon ictimayət nümayəndələri ziyarət edib.
Əməkdaqşımız bu paylaşmalar haqqında araşdırma apararaq Sizlərlə tanış etdi. İnanırıq ki, şəhid ailələri və qazilərlə bağlı yazı və ya paylaşma verərəkən diqqətli və məsuliyyətli olaraq düşmən dərmanına su tökmək məsəlindən uzaq duracaqsınız. Əldə etdiyimiz zəfər qələbəsinə sevinməyən sapı özümüzdən olan baltalar mövcuddur. Vətəndaş olaraq dövlət və xalq birliyi nəticəsində qalib olan vətənimizi qorumaq hamımızın borcudur.
Baxış sayı: 19