İxrac strukturunda üstünlük təşkil edən məhsullar hansılardır? » devlet.info.az
Xəbərlər



İxrac strukturunda üstünlük təşkil edən məhsullar hansılardır?
İxrac strukturunda üstünlük təşkil edən məhsullar hansılardır?
2020-ci ildə ixracın 84,7 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 9 faizini avtomobil, 3,6 faizini dəmir yolu, 2,0 faizini hava, 0,7 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ixracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, bitki yağları, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.

2020-ci ildə 2019-cu illə müqayisədə mühüm məhsul növlərindən kartof ixracı 31,7 faiz, meyvə və tərəvəz şirələri 20,1 faiz, bitki yağları 1,7 dəfə, meyvə və tərəvəz konservləri 3,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 16,4 faiz, pambıq lifi 13,2 faiz, polietilen 27,6 faiz, qara metallardan borular 2 dəfə artmış, təzə meyvə ixracı isə 10,5 faiz, təzə tərəvəz 1,2 faiz, şəkər 2,3 faiz, tütün 26,1 faiz, çay 9,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu 57,3 faiz, emal olunmamış alüminium 18,1 faiz, pambıq ipliyi 29,4 faiz,
bentonit gili 7,1 faiz, qara metallardan yarımfabrikatlar 36,1 faiz azalıb.

2020-ci ildə qeyri neft-qaz məhsullarının ixracı 2019-cu illə müqayisədə faktiki qiymətlərlə 5,3 faiz, real ifadədə isə 16 faiz azalaraq 1851,3 milyon dollara bərabər olmuşdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37,3 faiz), Türkiyəyə (20,4 faiz), İsveçrəyə (12,1 faiz), Gürcüstana (6,9
faiz), Çinə (2,4 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (2,1 faiz), İrana (1,5 faiz), Qazaxıstana (1,4 faiz), ABŞ-a (1,3 faiz), Özbəkistana (1,1 faiz), Almaniyaya (1,0 faiz), Türkmənistana (1 faiz), Belarusa (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Baxış sayı: 2