BMT Təhlükəsizlik Şurası Əfqanıstandakı vəziyyəti müzakirə edəcək » devlet.info.az
Xəbərlər



BMT Təhlükəsizlik Şurası Əfqanıstandakı vəziyyəti müzakirə edəcək
BMT Təhlükəsizlik Şurası Əfqanıstandakı vəziyyəti müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) Əfqanıstandakı vəziyyətlə bağlı avqustun 30-da iclas keçirəcək.

Bu barədə təşkilatın bəyanatında deyilir.

Qeyd olunur ki, bir müddət əvvəl BMT-nin baş katibi Antoniu Quterreşin ölkədəki vəziyyətin TŞ üzv ölkələri ilə müzakirə etmək niyyətində olduğu açıqlanmışdı.

Xatırladaq ki, Əfqanıstanda "Taliban" hərəkatı avqustun 15-dən etibarən ölkədə nəzarəti ələ keçirib. Prezident Əşrəf Qani istefa verərək ölkəni tərk edib.

"Taliban" ölkədən bütün təxliyə proseslərinin avqustun 31-dək başa çatdırılmasını tələb edib.
Baxış sayı: 6