Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı açıqlanıb » devlet.info.az
Xəbərlər



Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı açıqlanıb
Azərbaycanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı açıqlanıb

Azərbaycanda 7,6 milyon baş iribuynuzlu, 2,5 milyon xırdabuynuzlu heyvan var.

Bunu bu gün keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin rəisi Mirzə Əliyev deyib.

O bildirib ki, il ərzində 33,5 milyon vaksin vurulur: "Dövlətin nəzdində bu günə qədər 1624 baytarlıq xidməti fəaliyyət göstərirdi. Bu da iş yükünü çətinləşdirirdi. Artıq özəl baytarlıq xidmətinə keçid elədik ki, bu problem aradan qaldırılsın. Bu təcrübə Gürcüstanda tətbiq edilsə də uğursuz oldu. Amma Qərbi Avropa ölkələrində bu sistemə keçid olub və uğurlu alınıb. Biz də bu təcrübədən yararlanaraq özəl xidməti tətbiq etdik".
Baxış sayı: 15