Əminəm ki, biz bu yaxınlarda Qarabağ ərazisindəki digər aerodromlara uçuş təşkil edəcəyik - təyyarə kapitanı » devlet.info.az
Xəbərlər



Əminəm ki, biz bu yaxınlarda Qarabağ ərazisindəki digər aerodromlara uçuş təşkil edəcəyik - təyyarə kapitanı
Əminəm ki, biz bu yaxınlarda Qarabağ ərazisindəki digər aerodromlara uçuş təşkil edəcəyik - təyyarə kapitanı

Nəhayət ki, biz Qarabağ səmasında uçuşları həyata keçirməyə başlamışıq və keçirəcəyik.

Bu barədə "Boeing 747-400" tipli yük təyyarəsinin kapitanı Rasim Əşrəfov deyib.

"Mən hər şeydən əvvəl bir azərbaycanlı pilot kimi qürur hissi keçirirəm. Nəhayət ki, biz Qarabağ səmasında uçuşları həyata keçirməyə başlamışıq və keçirəcəyik. Uçuş sxemi Füzuli aeroportuna çox geniş və rahatdır. Aldığımız avadanlıqlar, təchizat beynəlxalq standartlara uyğundur. Əminəm ki, biz bu yaxınlarda daha bir Qarabağ ərazisindəki aerodomlara uçuş təşkil edəcəyik", - deyə qeyd edib.
Baxış sayı: 6