Dünyada buğda istehsalı azalır - ABŞ Kənd Təsərrüfatı Nazirliyi » devlet.info.az
Xəbərlər



Dünyada buğda istehsalı azalır - ABŞ Kənd Təsərrüfatı Nazirliyi
Dünyada buğda istehsalı azalır - ABŞ Kənd Təsərrüfatı Nazirliyi

Dünyada buğda istehsalının həcmi azalır.

Bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyinin hesabatında deyilir.

Qeyd olunur ki, 2019-cu ildə aşağı rentabelliklə əlaqədar ABŞ-da buğda istehsalçıları üçün ən pis mövsümlərdən biri qeydə alınıb. Həmin dövrdə əvvəl dövlət dəstəyinə arxalanan bir sıra şirkət dəstəyin aradan qaldırılması və taxıl qiymətlərinin azalması ilə əlaqədar müflis oldu.

Hesabatda o da bildirilir ki, Avstraliyada meşə yanğınları buğda tarlalarına ziyan vurub və ABŞ Kənd Təsərrüfatı Nazirliyi 2021-2022-ci illərdə buğda ixracının 17 faiz azalacağını gözləyir.

BMT-nin hesablamalarına əsasən, 2050-ci ilədək dünyada 40 faiz daha çox qida məhsulu istehsal etmək lazım olacaq, belə ki, həmin dövrədək dünya əhalisinin 2 milyard nəfər artacağı gözlənilir.
Baxış sayı: 5