Azərbaycanda bir gündə 206 toy olub - RƏSMİ » devlet.info.az
Xəbərlər



Azərbaycanda bir gündə 206 toy olub - RƏSMİ
Azərbaycanda bir gündə 206 toy olub - RƏSMİ

Azərbaycanda iyulun 1-dən bu günə - 68 gün ərzində 14 min nikah qeydə alınıb.

Bu barədə sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox olub.

2020-ci il iyul ayının 1-dən sentyabrın 7-dək Azərbaycanda cəmi 6 min 230 nikah bağlanıb.

Hesablamalara görə, bu il iyulun 1-dən bu günə qədər Azərbaycanda bir gündə 206 nikah mərasimi keçirilib.
Baxış sayı: 5