9-cu sinifdən kolleclərə ixtisas seçimində 21 mindən çox şəxs iştirak edib » devlet.info.az
Xəbərlər



9-cu sinifdən kolleclərə ixtisas seçimində 21 mindən çox şəxs iştirak edib
9-cu sinifdən kolleclərə ixtisas seçimində 21 mindən çox şəxs iştirak edib

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi avqustun 27-də başlanıb və 8 sentyabr saat 09:00-dək davam edib.

Bu il 33088 abituriyent sənəd qəbulunda iştirak edib. Müsabiqə şərtlərini ödəyən və ixtisas seçimi edənlərin sayı isə 21099 (Azərbaycan bölməsi - 20667, rus bölməsi - 432) nəfərdir.

Müqayisə üçün qeyd edək ki, ötən il sənəd qəbulunda iştirak edənlərin sayı 19236, ixtisas seçimi edənlərin sayı isə 10958 nəfər olub.

Müsabiqə nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
Baxış sayı: 4