Sabahdan Bakıda bu marşrut xəttinin fəaliyyəti bərpa edilir » devlet.info.az
Xəbərlər



Sabahdan Bakıda bu marşrut xəttinin fəaliyyəti bərpa edilir
Sabahdan Bakıda bu marşrut xəttinin fəaliyyəti bərpa edilir

Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Binə qəsəbəsinin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar 10.09.2021-ci il tarixindən sərnişinlərin xidmətində olacaq. Marşrut xətti üzrə gedişhaqqı 0.30 azn olacaq. Gedişhaqqının ödənişi nağdsız formada “BakıKart” vasitəsilə aparılacaq.

Sərnişinlərin “BakıKart"ın balansını asanlıqla artıra bilməsi üçün Əli İsazadə küçəsində OBA marketlər şəbəkəsinə məxsus 11 mağazada post-terminallar qoyulub. Bundan əlavə, Binə südçülük sovxozu, "Mehriban qonşular" küçəsi adlanan ərazidəki OBA marketlərdə də post-terminallar sərnişinlərin xidmətində olacaq.
Baxış sayı: 5