Gələn il Azərbaycanda kənd təsərrüfatı proqramlarına ayrılacaq vəsait açıqlanıb » devlet.info.az
Xəbərlər



Gələn il Azərbaycanda kənd təsərrüfatı proqramlarına ayrılacaq vəsait açıqlanıb
Gələn il Azərbaycanda kənd təsərrüfatı proqramlarına ayrılacaq vəsait açıqlanıb

2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı proqramlarına 986 milyon manata yaxın vəsaitin ayrılması planlaşdırılır, 2025-ci ildə bu rəqəmin 1,009 milyard manatı ötəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illərdə büdcə xərcləri barədə proqnozunda deyilir.

Nazirliyin proqnozlarına əsasən, 2023-cü ildə bu göstərici 1,003 milyard manat, 2024-cü ildə 1,006 milyard manat təşkil edəcək.

Qeyd olunur ki, 2025-ci ilədək bitkiçiliyin inkişafı proqramlarına ayrılacaq vəsaitlər 826 milyon manatdan, heyvandarlığın inkişafı proqramlarına 77 milyon manatdan, kənd təsərrüfatı vasitələrinin təkmilləşdirilməsi proqramlarına ayrılacaq vəsaitlər 86 milyon manatdan çox olacaq.

Xatırladaq ki, 2021-ci ilin ilk yeddi ayı ərzində Azərbaycanda ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq 47,3 milyard manata bərabər olub.
Baxış sayı: 10