Qədim və müasir Xızı bu gün ( Foto ) » devlet.info.az
Xəbərlər



Qədim və müasir Xızı bu gün ( Foto )
Qədim və müasir Xızı bu gün ( Foto )

Xızı rayonu 1930-cu ilə kimi Bakı Sovetinin tərkibində olmuş, sonra müstəqil rayon kimi fəaliyyətə başlamışdır. Sonradan inzibati ərazilərin bölgüsü ilə əlaqədar 1940-cı illərdə Siyəzən rayonu təşkil olunanda rayonun Giləzi, Ağ siyəzən, Zərgərli və s. sovetlikləri Siyəzən rayonunun tərkibinə daxil edilmişdir. Həmin dövrdə Xızı rayonu tərkibində Dağ quşçu, Ərzküş, Qızılqazma və 60 kənd, 53 kolxoz, 14 sovetlik olmuşdur. Rayon 1956-cı ilə qədər fəaliyyət göstərmiş, 1956-cı ilin axırında Sumqayıta birləşdirilmişdir. 1963-cü ildə Abşeron rayonu təşkil olunur və Xızı zonası həmin rayonun tərkibinə verilir.Nəhayət 1990-cı ilin aprel ayında Xızı rayonu yenidən bərpa olunur.Mərkəzi Xızı şəhəridir.Rayonda 1 şəhər, 3 qəsəbə, 25 kənd mövcuddur.Xızı rayonu Azərbaycanın şimal-şərqində yerləşir və Respublikamızın paytaxtı Bakı şəhərinə ən yaxın dağlıq rayondur.
Qədim və müasir Xızı bu gün ( Foto )

Abşeron iqtisadi rayonuna daxildir.İqlim şəraiti mülayimdir və quru havaya malikdir. Rayon ərazisində sahəsi 110,35 kv.km sahəsi olan Altıağac Milli Parkı fəaliyyət göstərir. Xızı ilə əlaqədar olaraq bir çox mənbələr,o cümlədən Ərəb mənbələri Xızıda yaşayanları ”Əhli Xizon”, yəni Xızı əhalisi adlandırır. Orta əsr tarixçiləri Xızı əhalisini eyni zamanda Bərməklilər, onun ərazisini Bərmək mahalı adlandırırlar.Tarixçilərdən başqa ədəbiyyatşünasların da tədqiqatlarında Xızı haqqında məlumatlara rast gəlirik. Görkəmli folklorşünas alim, professor Məmmədhüseyn Təhmasibin “Xalq dastanları” adlı monoqrafiyasında Qafqaz dastanı olan “Nərd” dastanında (bu dastanın mövcudluğu eramızdan əvvəl XIII əsrə təsadüf edir) Xızı və Xızıqala haqqında məlumat verilir.
Qədim və müasir Xızı bu gün ( Foto )

Tarixi faktlara nəzər saldıqda, tarixçilərdən mənbələr içərisində A.Bakıxanovun “Gülüstani irəm” əsərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərində Quba xanlığının “Xızı bərmək” mahalı haqqında dəyərli məlumatlar verilir.Tarixçi Qiyasəddin Qeybullayevin “Azərbaycanın etnik tarixinə dair” monoqrafiyasında və digər əsərlərində 644-cü ildə aran dövləti ilə Xızonşahlıq (Xızı şahlığı) Xızı məmləkəti arasında bağlanan müqavilədən bəhs olunur.Ərəblərin Xızonşahlığa gəlmələri haqda maraqlı materiallara akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” adlı monoqrafiyasında rast gəlmək olur.
Xızı adının mənşəyi və lüğəti mənası yerli xalqın xarakterinə görə öz əksini tapmışdır. Xızının lüğəti mənası tez duran, tez oyanan, tez qalxan, məcazi mənası isə zirək, cəld deməkdir.
Qədim və müasir Xızı bu gün ( Foto )

Xızı rayonu dağ və dağətəyi zonalara malikdir.Dağlıq zonanın zirvəsi dəniz səviyyəsindən 2205 metr hündürlükdə yerləşən “Dübrar” (İkiqardaş) dağıdır.Rayon eko və etno turizmin inkişafı üçün münasibdir.Rayonun dağətəyi-aran ərazisi ilə Xəzər dənizinin 30 km-lik sərhəddi vardır.
Xızı rayonunun şəhər, qəsəbə və kənd yaşayış məntəqələri üzrə əhalinin sayı 17075 nəfərdir.
Xızı rayonu Azərbaycanın şimal-şərqində yerləşir və Respublikamızın paytaxtı Bakı şəhərinə ən yaxın dağlıq rayondur.Ərazisi 1,67 min kv.km. Abşeron iqtisadi rayonuna daxildir.İqlim şəraiti mülayimdir və quru havaya malikdir. Rayon ərazisində sahəsi 110,35 kv.km sahəsi olan Altıağac Milli Parkı fəaliyyət göstərir. Mərkəzi Xızı şəhəridir.Rayonda 1 şəhər, 3 qəsəbə, 25 kənd mövcuddur. Xızı rayonu ərazisində külli miqdarda yüksək keyfiyyətli gil (Giləzi qəsəbəsi, Əmbizlər, Qasımkənd, Ağdərə kəndləri ərazisində), qum (Giləzi və Şuraabad qəsəbələrinin dənizkanarı ərazilərində), çınqıl (Qasımkənd, Əmbizlər, Ağdərə, Xələnc, Fındığan kəndləri və Giləzi qəsəbəsinin ərazisindən keçən Əmbizlər, Ağdərə, Xələnc, Ataçay, Tıxlı çayları) və bentonit (Ağdərə kəndi ərazisində) ehtiyyatları müvcuddur.
Qədim və müasir Xızı bu gün ( Foto )

2019-cu il ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 249 milyon 302 min 600 manat olmuşdur ki, bu da ötən illə müqayisədə 11 milyon 871 min 700 manat (5%) çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi 32,4 faiz artaraq 86 milyon 714 min 100 manat, nəqliyat sektorunda əldə olunan gəlirlər təqribən 3,5 faiz artaraq 785 min manat, ticarət və pərakəndə satış 2,9 faiz artaraq 9 milyon 466 min manat, sənaye məhsulunun ümumi həcmi 14,8 faiz artaraq 7 milyon 840 min 500 manat, əsas kapitala yönəldilən investisiyalar 6,9 faiz azalaraq 144 milyon 284 min 400 manat, informasiya və rabitə xidmətlərinin həcmi isə 4,2 faiz artaraq 212 min 600 manat olmuşdur.
Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 2018-ci illə müqayisədə 28,5 faiz artaraq 97 milyon 5 min 600 manat olmuşdur. 2019-cu il ərzində rayon büdcəsinin mədaxil proqnozu ümumilikdə 1 milyon 960 min manata qarşı faktiki 2 milyon 479 manat yerinə yetirilmişdir. Bu göstərici ötən illə müqayisədə 145 min 291 manat çoxdur. Qeyd etmək lazımdır ki, proqnozlaşdırılan illik yerli gəlir nəzərdə tutulmuş xərclərin yalnız 62,3 % faizini təşkil edir. Ümumilikdə büdcənin məxaric hissəsi 3 milyon 145 min manat dürüstləşdirilmiş proqnoza qarşı faktiki 2 milyon 782 min 106 manat və ya 88,5% icra olunmuşdur. Büdcə məxaricinin təyinata nisbətən az yerinə yetirilməsinə əsas etibarı ilə əməyin ödənişi ilə bağlı və bəzi digər xərclərin qənaəti səbəb olmuşdur. Büdcə məxaricinin əhəmiyyətli hissəsini sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi təşkil edir. Bu tədbirlərin maliyyələşdirilməsinə 1 milyon 195 min 931 manat vəsait sərf olunmuşdur ki, bu da bu tədbirlər üçün nəzərdə tutulmuş xərclərin 90,6 %-ni təşkil edir. Təhsil xərclərinə ümumilikdə 411 min 868 manat, səhiyyə xərclərinə 760 min 700 manat vəsait sərf olunmuşdur ki, bu xərclərin əsas hissəsini əmək haqqı və ona bərabər tutulan xərclər təşkil edir. İl ərzində ümumi xərclənən vəsaitin 53,6 %-ni əmək haqqı və ona bərabər tutulan xərclər təşkil etmişdir.
Qədim və müasir Xızı bu gün ( Foto )
Qədim və müasir Xızı bu gün ( Foto )

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən olan sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə hesabat dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xızı rayonu üzrə 10 layihəyə cəmi 189,0 min manat güzəştli şərtlərlə kredit verilmişdir ki, həmin vəsaitlə görüləcək işlərin nəticəsində 17 yeni iş yeri yaradılmışdır.
Rayon iqtisadiyyatında kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahəsi əsas yer tutur.Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərindən buğda əkininin sahəsi 1256,0 hektar artaraq 3488,0 hektar, arpa əkininin sahəsi 155,0 hektar artaraq 1949,0 hektar, yem bitkiləri əkinlərinin sahəsi isə 40,4 hektar artaraq 297,0 hektar təşkil etmişdir. 2019-ci ilin məhsulu üçün rayon üzrə 3488,0 hektar buğda sahəsindən 6627,2 ton, 1949,0 hektar arpa sahəsindən isə 3313,3 ton məhsul alınmışdır. 2019-ci il üçün buğdanın hektardan məhsuldarlığı 19,0 sentner, arpanın məhsuldarlığı isə 17 sentner olmuşdur. 2020-ci ilin məhsulu üçün rayon üzrə payızlıq əkin işlərinin aparılması üçün 5800,0 hektar əkin sahəsində şum aparılmış, 3400,0 hektar sahədə payızlıq buğda, 1930,0 hektar sahədə payızlıq arpa səpini aparılmışdır.
Qədim və müasir Xızı bu gün ( Foto )

2020-ci ildə rayonun sosial-iqtisadi inkişafına uyğun olaraq rayonda avtomobil yollarının təmiri və asfaltlaşması istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, Giləzi-Xızı avtomobil yolunun 19000 m2 hissəsi asfalt-beton qarışığı ilə təmir edilmiş, 3850 p/m küvetləri təmizlənmiş və yenidən bərpa edilmiş, yol çiyinləri çınqıl ilə bərkidilmiş, Xızı-Xələnc-Qızılqazma, Xızı-Altıağac avtomobil yolunun bəzi hissələrində çala təmiri işi aparılmış, küvetləri təmizlənmiş, yol nişanları quraşdırılmışdır. İl ərzində həmçinin Şorabad qəsəbə, Qarabulaq kənd, Safbulaq kənd, Ağdərə kənd avtomobil yolları avtoqreyderlə hamarlanaraq, çala təmiri işləri aparılmışdır.Cənab Prezidentin imzaladığı müvafiq sərəncam əsasında Tıxlı kənd avtomobil yolu yüksək keyfiyyətlə inşa edilərək yenidən qurulmuşdur. Bununlada Tıxlı kənd sakinlərinin yol problemi birdəfəlik həll olunmuş, vətəndaşların rahat və təhlükəsiz hərəkəti təmin edilmişdir.Xızı Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Ağdərə kəndinin 12 km-lik su xəttinin korroziyaya məruz qalmış 6 km hissəsi yenilənərək əhalinin istifadəsinə verilmişdir.
Qədim və müasir Xızı bu gün ( Foto )

Qədim və müasir Xızı bu gün ( Foto )

Qədim və müasir Xızı bu gün ( Foto )

Qədim və müasir Xızı bu gün ( Foto )

Qədim və müasir Xızı bu gün ( Foto )
Qədim və müasir Xızı bu gün ( Foto )

Qədim və müasir Xızı bu gün ( Foto )
Qədim və müasir Xızı bu gün ( Foto )
Qədim və müasir Xızı bu gün ( Foto )
Qədim və müasir Xızı bu gün ( Foto )
Qədim və müasir Xızı bu gün ( Foto )

Cənab Prezidentin müvafiq sərəncamları ilə inşa edilmiş 56 yerlik Xələnc kənd modul tipli ümumi orta məktəbin tikintisi başa çatdırılmış, 26 dekabr 2019-cu il tarixdə Xızı şəhər 1 nömrəli 420 şagird yerlik məktəbin açılış mərasimi keçirilmişdir.
Müstəqil Azərbaycan dövlətinin uğurlu inkişaf strategiyasının istiqamətlərini müəyyənləşdirən ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin layiqincə davam etdirilməsi nəticəsində ölkəmiz gündən-günə inkişaf edir, gözəl, abad, yaraşıqlı bir diyara çevrilir. Azərbaycanın bütün regionlarında sürətlə aparılan tikinti-quruculuq və abadlıq işləri ilə şəhər, qəsəbə və kəndlərimiz gözəlləşir, insanların firavan yaşayışı üçün ideal şərait yaradılır.
Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə davam və inkişaf etdirilməsi ölkəmizin siyasi-iqtisadi inkişafını, o cümlədən, sosial rifahın yüksəlişini, vətəndaşların maddi rifahının yaxşılaşmasını təmin edib. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gündən-günə inkişaf edir, eyni zamanda, güclənir, beynəlxalq arenadakı mövqeyini möhkəmləndirməklə yanaşı, bölgələrimizin inkişafı, vətəndaşların sosial şəraitinin yüksəlişi təmin olunur. Bu isə şübhəsiz qəbul olunmuş inkişaf proqramlarının, o cümlədən, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yüksək keyfiyyətlə icra olunmasının bariz nəticəsidir. Bunun nəticəsində Azərbaycanın regionlarında əsaslı inkişaf tempi müşahidə olunub və əldə edilən uğurlardan Xızı rayonuna da pay düşüb. 2014 cü il Azərbaycan Prezidenti İlham Əliyev Xızı rayonuna səfəri zamanı rayonda gedən genişmiqyaslı tikinti-quruculuq və iqtisadiyyatın inkişafı ilə bağlı görülən işlərlə yaxından tanış olub, bir sıra obyektlərin açılışında iştirak edib. Ölkə başçısı rayonu inkişaf etdirmək, insanların həyatını daha da yaxşılaşdırmaq, onların məşğulluğunu artırmaq, tikinti-abadlıq və quruculuq işlərini əsaslı şəkildə davam etdirmək barədə dəyərli tövsiyə və tapşırıqlar verib.
Qədim və müasir Xızı bu gün ( Foto )

Azərbaycanın dilbər guşələrindən olan Xızı rayonu təbiətin bəxş etdiyi nadir gözəllikləri ilə yanaşı, insan əməyi ilə yaranan gözəllikləri ilə də fəxr edir. Xızı rayonunda aparılan abadlıq və quruculuq işləri onu göstərir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanan, bilavasitə rəhbərliyi və nəzarəti ilə həyata keçirilən regional inkişaf proqramları təyin olunmuş icra başçısı tərəfindən uğurla yerinə yetirilir. Yerli imkanlar da dövriyyəyə gətirilmiş, ümumi inkişafın miqyası genişlənmiş, sürəti bir az da artmışdır. Rayon rəhbərinin gərgin əməyi və zəhməti sayəsində Xızı rayonu sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Xəzər müəllim bu rayona başçı təyin olunduğu vaxtdan bəri, rayonun əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır.Yolların çəkilişi, kəndlərdə qaz, su, işıq problemi demək olarki tam həllini tapmışdır.

Şəhərin mərkəzində ən müasir memarlıq üslubunda inşa edilmiş Heydər Əliyev Mərkəzi, İcra hakimiyyətinin binası, Poçt, Statistika, Kapital bank, Mərkəzi xəstəxana, Su idarəsi, Şahmat məktəbi, Polis idarəsi, YAP- rayon təşkilatı, Uşaq bağçası, yeni tikilmiş, yaxud əsaslı təmir olunaraq istifadəyə verilmiş məktəblər, yenidən qurulan yeni tikilmiş inzibati idarə və yüksək səviyyədə təmir edilmiş ictimai yaşayış binaları tikilərək istifadəyə verilib. Bu gündə rayonda əsaslı şəkildə yenidənqurma işləri sürətlə davam edir. Tikinti-quruculuq sahəsində rayonda həyata keçirilən ən böyük layihələrdən biri də rayon daxili və kəndlərlə əlaqə vasitəsi olan yollardır ki, yeniləşən, təmir-bərpa olunan yüksəksəviyyəli yol-nəqliyyat infrastrukturu dəyişdirilir. Böyük turizm potensialı olan gözəl məkanda turizmin inkişafı üçün hər çür şərait yaradılır. Rayonda tikinti-quruculuq işlərinin geniş vüsət alması üçün sahibkarlar və iş adamlarına hər cür imkan yaradılıb.
Azərbaycan Prezidentinin kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi ilə əlaqədar tövsiyə və tapşırıqlarına uyğun olaraq sahibkarlar, fermerlər və iş adamları ilə görüşlər keçirilməsi, onların maneəsiz fəaliyyət göstərmələri üçün imkanların yaradılması, mövcud problemlərin operativ həlli üçün konkret və əməli tədbirlər görülməsi illərdən bəri istifadəsiz qalan torpaq sahələrinin böyük hissəsinin dövriyyəyə qaytarılmasına səbəb olub.

Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu kimi çağırışların öhdəsindən məhz sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir.
Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Rayonda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlara xüsusi həssaslıqla yanaşılır. Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.
Qədim və müasir Xızı bu gün ( Foto )

Qədim və müasir Xızı bu gün ( Foto )

Qədim və müasir Xızı bu gün ( Foto )
Qədim və müasir Xızı bu gün ( Foto )

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir. Xızı rayonunun Vətən müharibəsi zamanı 7 qəhrəmanı şəhidlik zirvəsinə ucalıb. Şəhidlərimizin məzarları düzəlilərək, xatirə lövhələri, adlarını daşıyan küçə, bulaqlar tikilərək istifadəyə verilmişdir. Rayonun girişində olan "Şəhidlər kompleksi" yenidən təmir bərpa olunur.
Rayon ərazisində "Xocalıya ədalət" adlı yaddaş lövhəsi vurularaq, park salınmışdır. Rayonda vətənpərvərlik ruhu yüksək şəkildə təşkil olunur, şəhidlərimizin ad və anım günləri qeyd olunur.
Xızı öz şairləri, yazıçıları, ziyalıları ilə seçilir. Mikayıl Müşviq, Cəfər Cabbarlı, Cabir Novruz və başqaları siyahını artırmaq da olar. Mədəniyyət, təhsil, idman sahəsində ölkəmizdə tanınan şəxsiyyətlər, Xızının adını daim yüksəldirlər. Rayonda mədəniyyət xadimlərinin Müşviq ocağını tez-tez ziyarət etməsi bir daha bu gözəl diyarın ziyalılarının yad olunması bu torpağın sehrindən xəbər verir.
Ana təbiətin seyrinə dalıb,
Min dəfə gəzmişəm, azı dağları.
Könlümdə əbədi bir məşəl qalıb,
Məni heyran etdi Xızı dağları.
Xızı gündən-günə inkişaf edir, gözəlləşir, abadlaşır. Bu yüksək inkişafı seyr etdikcə hər bir mətbuat nümayəndəsi kimi müstəqil, qüdrətli Azərbaycanımızın bugünkü yüksək inkişafından sevinir, qürur hissi keçirir. Ölkəmizdəki siyasi sabitlik, iqtisadi yüksəliş və xalqın öz Prezidentinə inamı, xalqla rəhbərin sıx birliyi bundan sonra da müstəqil dövlətimizi daha böyük inkişafa, xalqımızı firavanlığa qovuşduracaq.
Qədim və müasir Xızı bu gün ( Foto )
Qədim və müasir Xızı bu gün ( Foto )

Qədim və müasir Xızı bu gün ( Foto )

Qədim və müasir Xızı bu gün ( Foto )


Baxış sayı: 96