Müşviqabadda “Abad məhəllə” sakinlərin istifadəsinə verildi » devlet.info.az
Xəbərlər



Müşviqabadda “Abad məhəllə” sakinlərin istifadəsinə verildi
Müşviqabadda “Abad məhəllə” sakinlərin istifadəsinə verildi

Müşviqabad qəsəbəsində D.Bünyatzadə küçəsində 3q, 4q və 5q binalarının həyətində salınmış növbəti abad məhəllə istifadəyə verilib. Ətraf ərazilər abadlaşdırılıb, yeni yaşıllıq zolaqları salınıb, abad məhəllədə kölgəliklər və uşaq meydançaları quraşdırılıb.

Ətrafda olan çoxmərtəbəli yaşayış binaların fasadları və giriş qəfəsləri təmir edilib. Şüşələnmə və boyaq işləri görüldü, binaların həyətində asfalt örtüyü salınıb və küçə işıqları quraşdırılıb. Binaların dam örtüyü də yenilənib.

Qeyd edək ki, ərazidə 21 ədəd kölgəlik, 3 ədəd uşaqlar üçün sürüşkən, 1 ədəd balans, 2 ədəd dairəvi yelləncək tərəzi quraşdırılıb. Abadlaşdırılan ərazidə yaşıllaşdırma işləri aparılması üçün 60 kub.m torpaq verilib, yeni su xətti çəkilmiş, 100 yaxın müxtəlif ağaclar əkilib, 120 kv.m qazon salınıb. Ətraf ərazinin yollarının təmiri məqsədi ilə 260 kub.m çıngil verilib, 4500 kv.m asfalt örtüyü döşənmiş və üzərində yol hərəkəti qaydalarını müəyyənləşdirən xətlər çəkilib. Abadlaşdırılma işləri çərçivəsində ətrafda olan çoxmərtəbəli yaşayış binalarında 2260 kv.m rənglənmə işləri aparılıb.
Baxış sayı: 5