Suraxanı rayonunda hər bir şəhidin doğum günü təqvimin xüsusi günü olaraq qeyd edilir. » devlet.info.az
Xəbərlər



Suraxanı rayonunda hər bir şəhidin doğum günü təqvimin xüsusi günü olaraq qeyd edilir.
Suraxanı rayonunda hər bir şəhidin doğum günü təqvimin xüsusi günü olaraq qeyd edilir.

Suraxanı rayonunda hər bir şəhidin doğum günü təqvimin xüsusi günü olaraq qeyd edilir.
Sentyabrın 23-ü ən ali fikirləri özündə tərənnüm etdirən, Vətən müharibəsinin Şəhidlərindən biri Polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun doğum günüdür.
Doğum günü münasibəti ilə Şəhidimizin anası Mətanət xanımın yaşadığı, Zığ qəsəbəsində abadlaşdırılmış məhəllədə şəhidimizin adının əbədiləşdirilməsi məqsədilə salınmış parkın və inşa edilmiş xatirə kompleksinin açılış mərasimi keçirilib. Aparılan abadlıq işləri çərçivəsində məhəllədə müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançası, söhbətgah və oturacaqlar, yeni işıqlandırma dirəkləri quraşdırılaraq, yaşıllıq guşəsi salınmış, səkilər təmir olunaraq asfalt örtüyü döşənmişdir.
Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri, RİHB-nin müavinləri, şöbə müdirləri, Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri, Şəhidin doğmaları, sakinlər iştirak ediblər.
Şəhid Rəşad Quliyevin döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıqlardan söhbət açılıraq ruhu ehtiramla yad edilmiş, abidəsi önünə gül dəstələri düzülmüşdür.
Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən RİH başçısı Əziz Əzizov dövlətimizin Şəhid ailələrinə tükənməyən qayğısından bəhs edərək Rəşad Quliyevi boya-başa çatdıran Mətanət xanıma təsəlli vermiş, Vətənimizə belə gərəkli övlad yetişdirdiyi üçün bir daha təşəkkür etmişdir. Həmçinin, Rəşad kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı Qələbələrə imza atdığını qeyd edən Əziz Əzizov, Şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını, onların xatirəsinin daim əziz tutulacağını bildirmişdir.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Cəbrayıl-Füzuli istiqamətlərində başlanan döyüşlərdə savaşan Rəşad Quliyev Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərərək 2020-ci il oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı Şəhidlik məqamına ucalmışdır.
Qeyd edək ki, Rəşad Quliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edərək, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, Azərbaycan Respublikasının Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Suraxanı rayonunda hər bir şəhidin doğum günü təqvimin xüsusi günü olaraq qeyd edilir.
Suraxanı rayonunda hər bir şəhidin doğum günü təqvimin xüsusi günü olaraq qeyd edilir.
Suraxanı rayonunda hər bir şəhidin doğum günü təqvimin xüsusi günü olaraq qeyd edilir.
Baxış sayı: 32