Torpaqlarımızın işğaldan azad edilməsi yolunda qəhrəmanlıq göstərən Vətən oğulları ilə qürur duyuruq! » devlet.info.az
Xəbərlər



Torpaqlarımızın işğaldan azad edilməsi yolunda qəhrəmanlıq göstərən Vətən oğulları ilə qürur duyuruq!
Torpaqlarımızın işğaldan azad edilməsi yolunda qəhrəmanlıq göstərən Vətən oğulları ilə qürur duyuruq!

Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatında Vətən müharibəsi iştirakçısı, qazi Hüseyn Qurbanovla görüş keçirilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. Bildirib ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaət hər birimizdə sonsuz iftixar hissi doğurur.

Milli Məclisin deputatı Elnur Allahverdiyev xalqımızın Hüseyn Qurbanovun timsalında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyümüzün bərpa edilməsi yolunda qəhrəmanlıq göstərən igid və mərd oğullarımızla hər zaman fəxr etdiyini bildirib.

Hüseyn Qurbanov 44 günlük İkinci Qarabağ müharibəsi zamanı keçdiyi döyüş yolundan iftixar və qürurla danışıb, ona göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Daha sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayon təşkilatının fəalları şəhid Ramil Ağayevin ailəsini ziyarət ediblər.

Görüş zamanı rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Zəfərimizin bütün dünya azərbaycanlılarında qürur hissi yaratdığını diqqətə çatdırıb.

Dövlət başçısı İlham Əliyevin şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqətdən bəhs edən Bəxtiyar Nəbiyev bildirib ki, YAP Yasamal rayon təşkilatı hər an bu kateqoriyadan olan vətəndaşların yanındadır və bundan sonra da onların problemlərinin həlli istiqamətində imkanlarını əsirgəməyəcəkdir.

Qeyd edək ki, Ramil Ağayev ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Elnur Allahverdiyev və rayon təşkilatının fəalları həmçinin şəhid Baş leytenant Rövşən Nuruzadənin ailəsini də ziyarət ediblər.

Bəxtiyar Nəbiyev və MM-in deputatı Elnur Allahverdiyev Vətən, torpaq uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarımızın ömür yolunun gənclərimiz üçün vətənpərvərlik məktəbi olduğunu bildiriblər.

Nəzərə çatdıraq ki, Rövşən Nuruzadə ölümündən sonra ölkə Prezident İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!
Torpaqlarımızın işğaldan azad edilməsi yolunda qəhrəmanlıq göstərən Vətən oğulları ilə qürur duyuruq!
Baxış sayı: 25