Rayonda fəaliyyət göstərən baş redaktorlar Media agentliyinin təşkil etdiyi konfransda iştirak ediblər » devlet.info.az
Xəbərlər



Rayonda fəaliyyət göstərən baş redaktorlar Media agentliyinin təşkil etdiyi konfransda iştirak ediblər
Rayonda fəaliyyət göstərən baş redaktorlar Media agentliyinin təşkil etdiyi konfransda iştirak ediblər

7 sentyabr 2021 ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə Zoom platforması üzərindən onlayn görüş keçirib.
“Region mətbuatının mövcud vəziyyəti və perspektiv inkişaf hədəfləri” mövzusunda keçirilən görüşdə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədov MEDİA Agentliyinin əsas fəaliyyət istiqamətlərinin Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması olduğunu bildirib.
Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli vurğulayıb ki, indiyədək region mətbuatından Agentliyə daxil olan müraciətlərə baxılıb, regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə intensiv ünsiyyət qurularaq problemləri əhatəli şəkildə müzakirə olunub. Qeyd olunub ki, konfransın əsas məqsədi mövcud çətinliklərin öyrənilməsi, təkliflərin dinlənilməsidir.
Konfransda “Qızıl Gədəbəy” qəzetinin baş redaktoru Əsəddulla Cəfərov, “Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Qasımov, Qax rayonunun “Şəlalə” qəzetinin baş redaktoru Xavər Mustafaqızı, “Xocalının səsi” qəzeti baş redaktoru Qalib Bəyməmmədoğlu, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif, "Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Fərman Nəbiyev, "Göygöl" qəzetinin baş redaktoru Bənövşə Məmmədova, "Şirvanın səsi" qəzetinin və Shirvaninsesi.info.az saytının baş redaktoru Əli Nağı, "Cənub.az " saytının baş redaktoru Zahir Əmənov, “Qusar” qızetinin baş redaktoru Vidadi Sevzixanov, Ağcabədi rayonun “Aran” qəzetinin baş rdaktoru redaktor Məhsəti Ağayeva, ”Göyçay” qəzeti, Göyçay informasiya agentliyi saytının və NarTv Göyçay yotube kanalının baş redaktoru Anar Nağıyev iştirak ediblər.
Rayonda fəaliyyət göstərən baş redaktorlar Media agentliyinin təşkil etdiyi konfransda iştirak ediblər

Konfransda çıxışlardan əsas çıxışları diqqətinizə çatdırırıq.
“Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı; “Region mətbuatı can verir, agentlik rayon qəzetlərinə qayğı və diqqət ayırmalıdlr. Rayon qəzetləri öz gücü ilə bu gün nəşir olur. Redaksiyamız çətinliklərə baxmayaraq öz işinin öhdəsindən layiqincə gəlir".
“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev; “Mətbuat inkişaf etdirilməlidir”, Reket jurnalistikasına son qoyulmalı, regonlarda mətbuatla bağlı konfranslar, görüşlər təşkil olunmalıdır".
Ağsabədi rayonu "Aran" qəzetinin baş redaktoru, Məshəti Ağayeva; “Mətbuata diqqət olmalıdır,rayon icra hakimiyyəti başçısı qəzetimizin fəaliyyəti üçün hər cür şərait yaradıb”
"Gəncənin səsi" qəzetinin baş redaktoru Rəfiqə Sadıqova: “100 ilin işığında kiitabında qəzetimizin fəaliyyəti ilə bağlı məlumat var”, “Paytaxt jurnalistikası yaranıb ki, bu da region jurnalistikasını bütün lahiyəlırdən kənar qoyur. Bir birimizi ittiham etməyək, qarşıya məqsəd qoyub inkişafa doğru çalışmalıyıq. Qəzeti saytlar əvəz etsin - bu düzgün yanaşma deyil, xarici ölkələrdə qəzetin fəaliyyətinə nəzər salmaq, qəzeti yaşatmaq lazımdır”.
Quba rayonu "Şəfəq" qəzetinin baş redaktoru Qəhrəman Qasımov : “İcra hakimiyyəti başçıları qəzetdən əlini götürsə qəzetlər batar. Bu gün qəzetlər icra hakimiyyətlərinin köməkliyi ilə çap olunur".
Cənub.az saytının təsisçisi və baş redaktoru Zahir Əmənov: “İnformasiya ala bilmirik, rekalm verilmir, Regional idarələr mətbuatla çalışmır. Region mediası ağır vəziyyətdədir".
Rayonda fəaliyyət göstərən baş redaktorlar Media agentliyinin təşkil etdiyi konfransda iştirak ediblər

"Yeni Tərtər" qəzetinin baş redaktoru Tofiq Yusif : “Region mətbuatı xəstədir, xəstəyə isə həkim lazımdır ki, sağaltsın. Qapı-qapı gəzib abunə yazdırmaq mətbuatı alçaltmaq və aslı salmaqdır. Abunə yazılan idarələrdən isə mənfi yazı yazmaq olmur, bir sözlə abunə olandan aslı oluruq, tək qəzetin dolanışığı hansısa sənəd itibsə onun elanın dərc etdirmək üçün hansısa məbləq ödənilməsidir. Bu gün redaksiyamızda gəncləri işə cəlb etmək olur, 160 m əmək haqqı ilə heç kim bu sahədə çalışmaq istəmir".
Qax rayonunun “Şəlalə” qəzetinin baş redaktoru Xavər Mustafaqızı; "Media inkişaf agentliyinin rəhbərliyin və kollektivin Qaxa dəvət edirəm, gəlin görün bu gün hansı çətinliklərlə və necə fəaliyyət göstəririk”
“Qusar” qəzetinin baş redaktoru Vidadi Sevzixanov; “Media inkişaf agentliyindən gözlətilərimiz böyükdür, inanırıq ki, rayon mətbuatına dəstək olacaq”
“Göyçay” qəzeti, Göyçay informasiya agentliyi saytının, Nartv yotube kanalının baş redaktoru Anar Nağıyev; “Region mətbuatı bu gün çox acınacaqlı vəziyyətdədir, "Göyçay" qəzeti 91 yaşındadır, redaksiyamızda 5 nəfər işləyirdi ki, abunə yığılmadığı üçün reklamlar qəzetə verilmədiyindən əmək haqqı çatışmazlığından çəmi 2 nəfərlələ çalışırıq. Texniki bazamız yoxdur, qəzetin yazıların komputer və diğər avadanlılar olmadığı üçün özəl ofislərdə yazılır, foto və video kameramız olmadığı üçün mobil telfonla çəklişlər edirik. Rayon icra hakimiyyəti tərəfindən iş otağı ayrılıb, rayon rəhbərinin dəstəyi ilə redaksiyamız fəaliyyət göstərir. Ayda iki dəfə nəşir olunan qəzet və gündəlik məlumat verən saytımız bu gün regionda liderdir. Qəzet, saytın və yotube kanalının bundan sonra yaxşı fəaliyyəti üçün maddi və texniki yardım edilməsini Media inkişaf agentliyindən xahiş edirik.
Rayonda fəaliyyət göstərən baş redaktorlar Media agentliyinin təşkil etdiyi konfransda iştirak ediblər

Konfransda çıxış edən digər baş redaktorlar yaradıcılıq imkanlarının genişləndirilməsinin, region mətbuatına dövlət dəstəyinin zəruriliyini vurğulayıblar.
Strateji planlaşdırma departamentinin direktoru Rasim Bağırov tədbirdə səslənən təkliflərin təhlil ediləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, Medianın İnkişafı Agentliyi tərəfindən aidiyyatı qurumlarla görüşlər keçirilir, region mətbuatının inkişafının sürətləndirilməsi istiqamətində layihələr üzərində işlənilir
Rayonda fəaliyyət göstərən baş redaktorlar Media agentliyinin təşkil etdiyi konfransda iştirak ediblər
Baxış sayı: 88