Yasamal rayon ictimaiyyəti Vətən müharibəsi şəhidini yad edib » devlet.info.az
Xəbərlər



Yasamal rayon ictimaiyyəti Vətən müharibəsi şəhidini yad edib
Yasamal rayon ictimaiyyəti Vətən müharibəsi şəhidini yad edib

Yasamal rayon ictimaiyyəti Vətən müharibəsi şəhidini yad edib
44 günlük Vətən Müharibəsinin şəhidi Elvin İslamovun il mərasimi ilə əlaqədar yaxınları və ölkə ictimaiyyəti tərəfindən yad edilib. Şəhid hərbi qulluqçunun Yasamal rayonunda yerləşən 2-ci Fəxri Xiyabandakı məzarı ziyarət edilib, ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.
Anım mərasimdə iştirak edən Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, şəhid Elvin İslamov müharibədə göstərdiyi rəşadətə görə, “Vətən uğrunda”,“Füzulinin azad olunmasına görə”,“Cəbrayılın azad olunmasına görə”,“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Yasamal rayonu İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki,Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Qarabağda işğalçı erməni ordusuna sarsıdıcı zərbə vurdu. Qeyd olundu ki, cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində şəhid ailələri dövlət qayğısı ilə əhatə olunublar.
Mərasimdə çıxış edən şəhidin yaxınları öz xatirələri ilə bölüşdülər, dəstəyə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdilər. Mərasimdə şəhidin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.Tədbirdə millət vəkilləri, YAP Yasamal rayon təşkilatının sədri, Müdafiə Nazirliyinin nümayəndələri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yasamal rayon ictimaiyyəti Vətən müharibəsi şəhidini yad edib
Yasamal rayon ictimaiyyəti Vətən müharibəsi şəhidini yad edib
Baxış sayı: 7