Rayon rəhbəri qəhrəman döyüşçünü qəbul etdi » devlet.info.az
Xəbərlər



Rayon rəhbəri qəhrəman döyüşçünü qəbul etdi
Rayon rəhbəri qəhrəman döyüşçünü qəbul etdi

Bu gün Göyçay rayon icra hakimiyyəti başçısı Vətən müharibəsi iştirakçısı Nurməmmədov İlqar Əlfəddin oğlu ilə görüş keçirdib.Hərbi Dəniz Qoşunlarının Xüsusi Təyinatlı Qüvvələrinin (Dəniz Pişikleri) mayoru, SAS-ın dəstə komandiri İlqar Nürməmmədov rayon rəhbəri Mehdi Səlimzadə tərəfindən təşəkkürnamə və "Xatirə döş nişanı" ilə təltif edilib.
Görüşdə 44 gün müharibə zamanı Ali baş kamandan İlham Əliyevin "Dəmir yumruq" əməliyyatı, Azərbaycan ordusunun zabit və əsgər heyyətinin şücaəti, xalq iqtidar birliyinin nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızda üç rəngli bayrağımızın dalğalanması barədə danışan icra başçısı Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa arzuladı.
Vətən müharibəsi zamanı xüsusi qəhrəmanlıq göstərən, igid döyüşçü mayor İlqar Nurməmmədov icra başçısına diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.
Rayon rəhbəri qəhrəman döyüşçünü qəbul etdi
Rayon rəhbəri qəhrəman döyüşçünü qəbul etdi
Baxış sayı: 15