Göyçayda Kənd Təsərüfatı işçilərinin peşə bayramını qeyd edildi. » devlet.info.az
Xəbərlər



Göyçayda Kənd Təsərüfatı işçilərinin peşə bayramını qeyd edildi.
Göyçayda Kənd Təsərüfatı işçilərinin peşə bayramını qeyd edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il noyabrın 1-i Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Bu gün Göyçay rayon İcra Hakimiyyətinin Başçısının 1 ci müavini İkram Vəliyev, Kənd Təsərüfatı idarəsinin rəhbərliyi və kollektivi Heydər Əliyev parkında ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzmüşdülər.
Qeyd edək ki, hazırda ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Kənd təsərrüfatının strateji əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli istehsal sahələrinin inkişaf etdirilməsi prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. 2020-ci ildən aqrar subsidiyalar yeni mexanizm əsasında veriləcək. Yeni susidiya siyasəti kənd təsərrüfatına dövlət dəstəyi siyasətinin artırılmasını, ixrac potensialı olan kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılmasını nəzərdə tutur. Fermerlərin texnika, gübrə və damazlıq heyvanla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Qəbul olunan qərarlar, imzalanmış Fərman və Sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır. Məhz həyata keçirilən tədbirlər nəticəsində təkcə bu ilin 9 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artıb. Aqrar sahədə inkişaf ölkədə kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib. Aqrar sahənin ixrac potensialı yüksəlib, kənd təsərrüfatı məhsullarının ölkənin valyuta gəlirlərinin formalaşmasında rolu artıb. Bu nəticələrə dövlətin yürütdüyü uğurlu aqrar siyasət və fermerlərə göstərilən xüsusi diqqət sayəsində nail olmuşuq”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il 1 noyabr tarixinin Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunması dövlətin fermerlərə göstərdiyi diqqətin təzahürüdür: “Cənab Prezident İlham Əliyev tərəfindən 2007-ci ildən kənd təsərrüfatına dövlət dəstəyi proqramına start verilməsi və bütövlükdə fermerlər və kəndlilərə hərtərəfli diqqət və qayğının göstərilməsi dövlətin kənd təsərrüfatına, kəndə və kəndliyə münasibətini göstərir. Son illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bu dövr ərzində səmərəli fəaliyyət göstərib, ciddi nəticələr əldə edib. Bu mövsümdə istər taxıl yığımı, istərsə də pambıq yığımında əldə edilən nəticələr uğurlu fəaliyyətin göstəriciləridir. Kənd Təsərrüfatı Nazirliyi çox ciddi uğurlara imza atıb. Bu, dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Bir qayda olaraq Kənd Təsərrüfatı Nazirliyinin bütün təşəbbüsləri hər zaman dəstəklənib. Bu təşəbbüslər Nazirliyin potensialının gücləndirilməsinə xidmət edir. Bu illər ərzində ən əsası Kənd Təsərrüfatı Nazirliyinin institusional potensialı gücləndirilməsi istiqamətində işlər görülüb və fəaliyyət üçün konkret prinsplər müəyyənləşdirilib. Hesab edirik ki, 3 əsas prinsip - kəndli və fermerlərə yaxınlıq, səmərəli və şəffaf idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinin əsasında göstərilən fəaliyyət nəticəsində qarşıdakı dövr ərzində daha ciddi nəticələr əldə olunacaq”.
Göyçayda Kənd Təsərüfatı işçilərinin peşə bayramını qeyd edildi.
Göyçayda Kənd Təsərüfatı işçilərinin peşə bayramını qeyd edildi.
Göyçayda Kənd Təsərüfatı işçilərinin peşə bayramını qeyd edildi.
Göyçayda Kənd Təsərüfatı işçilərinin peşə bayramını qeyd edildi.
Baxış sayı: 67