Şəhid Qüdrət Əzizovun ildönümü qeyd olundu » devlet.info.az
Xəbərlər



Şəhid Qüdrət Əzizovun ildönümü qeyd olundu
Şəhid Qüdrət Əzizovun ildönümü qeyd olundu

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn rayonun Bığır kənd şəhidi Qüdrət Bəhruz oğlu Əzizovun ildönümü məzarı önündə qeyd olundu.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, rayonda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd olundu. Şəhidimizin doğum günündə təhsil aldığı məktəbin şagirdləri şəhidlərə həsr edilmiş vətənpərvər şeirlər söyləyiblər.
Həmçinin tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıldı. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
Şəhid Qüdrət Əzizovun ildönümü qeyd olundu
Şəhid Qüdrət Əzizovun ildönümü qeyd olundu
Baxış sayı: 50