Daha bir vəzifəli şəxs rüşvətə görə həbs edildi » devlet.info.az
Xəbərlər



Daha bir vəzifəli şəxs rüşvətə görə həbs edildi
Daha bir vəzifəli şəxs rüşvətə görə həbs edildi

Azərbaycan Standartlaşdırma İnstitutunun vəzifəli şəxsi Rafiq Əzizovun barəsində cinayət işi başlanıb.

R.Əzizov rüşvət almaqda ittiham edilərək həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

R.Əzizov barəsində başlanan cinayət işinin istintaqı tamamlanıb və iş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Siyavuş Hacıyevin icraatına verilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə Trend-ə bildirilib ki, qurum tabeliyində olan qurumların fəaliyyətinin şəffaflaşdırılması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsdə aparılan daxili yoxlamalar zamanı İnstitutun Uyğunluğun qiymətləndirilməsi departamentinin direktor müavini vəzifəsində işləmiş Rafiq Əzizovun fəaliyyətində aşkar olunan pozuntulara dair materiallar 2021-ci ilin mart ayında hüquqi qiymətin verilməsi üçün prokurorluq orqanlarına (Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə) göndərilib.
Baxış sayı: 4