ÜST xaricə səyahətə tam qadağa ilə "omikron" ştammını dayandırmağı qeyri-mümkün hesab edib » devlet.info.az
Xəbərlər



ÜST xaricə səyahətə tam qadağa ilə "omikron" ştammını dayandırmağı qeyri-mümkün hesab edib
ÜST xaricə səyahətə tam qadağa ilə "omikron" ştammını dayandırmağı qeyri-mümkün hesab edib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) beynəlxalq səyahətə tam qadağanın koronavirusun yeni "omikron" ştammının yayılmasını dayandırmayacağı barədə xəbərdarlıq etdi və məhdudiyyətlər tətbiq etməzdən əvvəl risklərin qiymətləndirilməsinə çağırdı.

Bu barədə Qərb KİV-lər xəbər verib.

ÜST qeyd edib: "Tədbirlərə səyahətdən əvvəl və ya gəliş zamanı sərnişinlərin yoxlanılması və COVID-19 ilə bağlı testlərinin istifadəsi, xaricdən gələn sərnişinlərin karantinə alınması daxil ola bilər".

ÜST 60 yaşdan yuxarı və ciddi xəstəliklərə tutulma riski olan şəxslərə yeni variantla əlaqədar xaricə səyahətlərini təxirə salmağı tövsiyə edib.
Baxış sayı: 35